KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Nikolay Vasilyeviç Qoqol - Seçilmiş əsərləri


Şeçilmişlər Nikolay Vasilyeviç Qoqol - Seçilmiş əsərləri

Nikolay Vasilyeviç Qoqol - Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +12
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
1.34 MB
XIX əsr rus realist ədəbiyyatının yaradıcılarından olan N.V.Qoqolun bu kitabına onun yaradıcılığında romantik vüsəti və realizmin dərinliyi ilə seçilən bir sıra povestləri – “Taras Bulba”, “Viy”, “İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması haqqında povest”, “Şinel” və bürokratik polis üsuli-idarəsinə qarşı yazılmış məşhur “Müfəttiş” komediyası daxil edilmişdir.
Dahi rus yazıçısı, nasiri, dramaturqu, tənqidçisi və publisisti Nikolay Vasilyeviç Qoqol 1809-cu il aprelin 1-də Ukraynada, Bol-şiye Soroçintsı stanitsasında patriarxal zadəgan ailəsində doğulub. Onun ailəsinin kökləri qədim Ukrayna kazak nəslinə gedib çıxır. Qanşıq dövrlərdə şlyaxta zadəganlarıyla qohum olduğundan babası yazırdı ki, Qoqol soyadlı əcdadları Polşa millətinə aiddir. Onun babaları Qoqol soyadını Yanovski əlavəsi ilə birlikdə daşıyırdı. Qoqol özü sonradan bu əlavəni soyadından götürmüşdü, hesab edirdi ki, polyaklar bunu bilərəkdən uydurublar. Onların 400 nəfər kəndlisi və min akrdan artıq torpağı vardı. Ata tərəfində əksəriyyəti keşiş idi.