KitabYurdu » Kitab » Roman » Murad Cəfərov - Bir Cüt Qanad


Şeçilmişlər Murad Cəfərov - Bir Cüt Qanad

Murad Cəfərov - Bir Cüt Qanad PDF
ADI:
Bir Cüt Qanad
REYTİNQ:
  • +132
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
3.59 MB
Keçmişini xatırlamayan bir qız...
Dünyaya enən bir mələk...
Cəhənnəmdən gələn bir Günahkar...
Və amansız iblis ordusu...

O, sonsuz əzaba məhkum edilmiş bir Günahkar idi. Və yalnızca verilən işi yerinə yetirdiyi təqdirdə onu alovlar diyarından xilas edəcək bir cüt qanada sahib ola biləcəkdi. Lakin bu, Günahkarın düşündüyü qədər də asan deyildi...
Qızmar alovların hökm sürdüyü, yer üzündə Tanrının qəzəbinə tuş gələnlərin əbədi məhkum olduqları Cəhənnəmə bəlkə də yüz min illərdən sonra bir Baş mələk ayaq basmışdı. Əynindəki parlaq təmiz libası və yerdəki alovlara sürtündüyü halda, yanmayan nəhəng ağ qanadları ilə iblislərin və Günahkarların diqqətini çəkirdi bu mələk. Bütün iblislər əzab verdikləri Günahkarları unudaraq hər tərəfə işıq saçan Tanrının yaratdığı ən gözəl məxluqa tamaşa edirdilər. Cəhənnəm sakinləri arasında özündən razı bir şəkildə addımlayan Baş mələk heç nəyə fikir vermədən, içində zəncirlənmiş biri olan iri qəfəsə yaxınlaşdı. Barmağının kiçik bir hərəkəti ilə qəfəsin kilidli qapısı sona qədər açıldı. Bir neçə addımdan sonra onun qarşısında duran mələk, dözülməz işgəncələrə məruz qalmış Günahkara baxdı. “ Gözlərini aç.” – dedi mələk. Ancaq bunu etmək Günahkar üçün heç də asan deyildi. Yanıqlar içərisində olan bədənin ağrısına baxmayaraq mələyin üçüncü dəfə səslənməsindən sonra başını azacıq qaldırıb göz qapaqlarını çətinliklə açdı. Mələyin qarşısında özünü aciz göstərməməyə çalışan Günahkar gülümsədi. “ Bir mələyi təriflərə sığmayan, buradakı hər kəsin arzusu olan o möhtəşəm diyarından alovların qucağına gətirən səbəb nədir?” Mələk Günahkarın gözünə baxmaq üçün əsillik yağan əndamı ilə aşağı əyildi. “ Buradan xilas olmağın üçün sənə bir təklifim var.” “ Mən də heç kimin yadına düşmədiyimi zənn edib illərdir, burada oturaraq yalnızlığımın əzabını çəkirdim.” – söylədi Günahkar. “ Amma gəl, gör ki, hər kəsin həsəd apardığı bir mələk məni yadına salaraq yanıma gəlib, hələ bu azmış kimi bir sözləşmə də təklif edir. Görəsən, Günəş hansı tərəfdən çıxıb? Ah, əlbəttə, Cəhənnəmdə Günəş olmur.” Mələk Günahkarın sözlərini qulaqardı edərək əlavə etdi. “ Əgər razı olsan və verəcəyim işi yerinə yetirsən, səni, buradan xilas olmaq üçün…” – özündən ən azı üç dəfə böyük olan qanadlarını açdı. “ … bir cüt qanad sahibi edəcəm. Və yalnızca razı olduğunu dediyin anda şərtimi eşidə biləcəksən.” – bildirdi Baş mələk. “ İndi səndən soruşuram, sənə bu vədd etdiklərimin qarşılığında mənim sənə təklif edəcəyim sazişə razılıq verirsən? ” Günahkar işin nə olacağını düşünmək istəsə də, bunun heç bir əhəmiyyəti yox idi. Çünki təklif Günahkarın ürəyincə olmuşdu, nəhayət ki, yüz ilə yaxın bir müddətdə burada çəkdiyi bütün işgəncələrdən, əzablardan xilas ola bilmək üçün mələk qanadlarına sahib olacaqdı. Buna görə bütün ağrılarını bir qırağa ataraq başını xəfifcə tərpətdi. “ Səni eşidirəm.”
Qonaq Elxan
Nece vaxtdi bu kitabi axtarirdim. Axir ki oxuya bilecem
  • 14 iyun 2019 17:38
  • Status:
Leyla678
Neçə vaxt idi bu kitabı oxumaq istəyirdim. Wattpadda yazarın digər kitablarını oxumuşam, çox maraqlı və həyəcanverici idi. Görəsən sonu necə olacaq deyə fikirləşib birdəfəyə kitabı bitirirsən. Oxumayan hər kəsə tövsiyə edirəm.
  • 14 iyun 2019 17:58
  • Status: İstidafəçi xətdə deyil
Ayka sweet
tek kelime ile möhteşem bir kitab
Oxumağa başladım ve elimnen yere qoya bilmedim bir defeye bitirdim o qeder maraqlı bir kitab. En esası axırı maraqlı menalı idi. Uğurlar.??

Herkese oxumağı tövsiye edirem olduqca heyacanlı maraqlı kitabdır
  • 15 iyun 2019 12:07
  • Status:
Qonaq Sevinc
Kitab cox qeseng, axici ve maraqda saxlayan terzde idi. Men sixilmadan qisa muddete bitirdim
  • 18 iyun 2019 23:38
  • Status:
Qonaq Xədicə
Qonaq Xədicə
  • 5
İlk kitaba görə uğurlu və yaxşı yazılmış kitab idi. Ferqli bir janrda olması isə bir başqa üstünlüyü...

  • 22 iyun 2019 13:36
  • Status:
Yaqut Mürsəlova
Kitab həvəskarıyam.Maraqlı. eserdir.Fantastika janrına üstünlük verənlər ücün əla kitabdır. Tövsiyyə edirəm
  • 29 iyul 2019 21:21
  • Status:
Qonaq Vəfa
Qonaq Vəfa
  • 0
Cox mohtesem eserdi insan oxumaqdan yorulmur men cox beyendim tovsiyye edirem
  • 31 iyul 2019 13:31
  • Status:
SGS
SGS
  • 0
Mohtesem bir eser. Bezen bir eser oxuyarsan ve hemin eserin sonu haqqinda tehminler edib sirf kitabi sonlandirmaq ucun bawa vurarsan Ancaq bu eser insana oxuduqca zovq veren ve sonlanilmasi istenilmeyen bir eserdir. Her setrini heyecanla oxudugum esere gore muellife minnetdarligimi bildirirem
  • 16 avqust 2019 22:34
  • Status: İstidafəçi xətdə deyil
nazli hesenova
nazli hesenova
  • 0
bunu nece yukleye bilerem. Xahis edirem komek edin.
  • 30 noyabr 2019 16:54
  • Status:
Qonaq Inci
Qonaq Inci
  • 0
Cox gozel ve sozsuz bir kitabdi  blush 
  • 23 fevral 2020 19:48
  • Status:
Şəbnəm Həsənli
Becca Fitzpatrickin ''Hush hush'' kitabını oxuduğdan sonra mələklərlə bağlı romanlara marağım artdı.Oxumağa başlamamışam hələ ki,ama marağlı olacağına şübhəm yoxdur.Fantastik roman sevənlərin diqqətini çəkməyi bacarar məncə.

  • 16 mart 2020 21:18
  • Status:
Fatima Valiyeva
Bir sözlə möhtəşəm! Həyatımda oxuduğum ən maraqlı kitablardan biridir. Fantastik əsərləri və filmləri sevməsəm də bu əsər mən də inanılmaz maraq oyatmışdı. Bəlkə fantastika yox həqiqət dolu əsər idi. Amma hər kəs oxumalıdır mütləq ????. Möhtəşəm əsərə görə Murad müəllimə təşəkkür edirəm. Kaş bu əsərin filmi də olsa idi,çox səbirsizliklə gözləyirəm filmini. Sonu isə çox marağlı bitti...??
  • 4 avqust 2020 16:40
  • Status:
Qonaq Narınc
Bəlkə də bir ildən çox idi bu kitabı axtarırdım, nə yaxşı ki, burda tapa bildim. Maraqlı mövzuya və hadisələrə sahib idi, oxuduqca həm əyləndim, həm də həyəcanlandım.
  • 6 dekabr 2020 23:29
  • Status:
Queen writer
Leyla678,
zehmet olmasa yazarin wattpad hesabin menede deye bilersiz?
  • 13 yanvar 2021 17:07
  • Status: İstidafəçi xətdə deyil
Kərimov Qərib
Salam burad bəy. Kitap möhtəşəm idi. Məndə bu cür kitap yazırdım ve artık. Yazmmağa qerar verdim ki, siz tanıdım kitabınızı uzun müddətdir ki oxuya bilmirdim ve sonuda bitiridim. Özel insanlar listəmə girdiz bravo. Sizə həyatta uğurlar arzulayıram.
(Gedim kitabımı yazım o zaman)
Hər şey üçün teşekür edirəm.
heart_eyes
  • 14 aprel 2021 13:51
  • Status:
Qonaq Melek
Gerçekden çok güzel bir kitab sonunda ağlasamda cok güzel

  • 15 avqust 2021 16:13
  • Status:
Fikret Qasimov
Bu kitabi ne qeder axtardim heyf tapa bilmesem de, pdf oxudum. cox xosuma geldi, maraqli movzusu, obrazlari var idi
  • 16 fevral 2022 12:41
  • Status:
Qonaq elnura

nece vaxtdir axtarirdim amma deyesen qutarib satisda tapa bilmedim deye mecbur pdf oxudum. kitab cox xosuma geldi, hem obrazlar maraqli idi, hem de movzu. ele bil filme baxirdim. kas yazaran basqa kitablari da olardi

  • 30 may 2023 23:53
  • Status:
s_alieva

Çox gözəl maraqlı mənalı kitab idi. Hərçənd ki 1 ildən artıqdır oxuyub bitirmişəm saytda başqa kitab axtararkən önümə çıxdı rəy yazmaq istədim😊

  • 26 sentyabr 2023 15:52
  • Status: İstidafəçi xətdə deyil