KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Mayn Rid - Seçilmiş əsərləri


Şeçilmişlər Mayn Rid - Seçilmiş əsərləri

Mayn Rid - Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +11
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
2.83 MB
Məşhur irland yazıçısı, macəra romanlarının bənzərsiz ustası Mayn Rid özü də macəra və təhlükələrlə dolu həyat yaşamışdır. Onun romanları bu gün də dünyanın onlarca ölkəsində sevilə-sevilə oxunur.
Tomas Mayn Rid (1818-1883) 1818-ci il aprelin 4-də yoxsul irland ailəsində anadan olmuşdur. O, 1840-cı ildə macəra arxasınca Amerikaya getmiş və Qərbin hələ öyrənilməmiş torpaqlarına üz tutaraq bir müddət ovçuluqla məşğul olmuş, hindularla ticarət etmişdir. Müəllimlik və reportyorluqla da məşğul olan Mayn Rid “Spirit of taym” qəzetinin müxbiri kimi 1846-1848-ci illər Meksika müharibəsinin iştirakçısı olmuşdur.
Mayn Rid 1848-ci ildə kapitan rütbəsində istefaya çıxmış, dərhal əvvəl Bavariyada, sonra Macarıstanda baş verən inqilabi hərəkatda iştirak etmək üçün Avropaya getməyə tələssə də, oraya həddən artıq gec çatmış, Londonda məskən salmışdır. Ticarət və jurnalistika sahəsində (Mayn Rid yeni jurnal təsis etməyə cəhd göstərmişdi) uğursuzluğa düçar olandan sonra özünü ədəbiyyata həsr etməyi qərara almışdır.