KitabYurdu » Kitab » Ədəbiyyat » Ələsgər Əhməd - Bir ovuc suda


Şeçilmişlər Ələsgər Əhməd - Bir ovuc suda

Ələsgər Əhməd - Bir ovuc suda PDF
ADI:
Bir ovuc suda
REYTİNQ:
  • +20
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
348 kb
Gənc şair Ələsgər Əhmədin ilk kitabı olan “Bir ovuc suda” adlı şeirlər toplusunda son illərdə yazdığı poeziya nümunələri toplanıb. Müxtəlif mövzu və vəziyyətlərə həsr olunan bu şeirlərdə bir gəncin poetik qavrayışlarının məcmusunu görmək olar. “Bir ovuc suda” – “İlk kitab” silsiləsinin sayca üçüncü kitabıdır.
Burdakı şeirlər iddiaları böyük, taleləri kiçik mətnlərdir. Bunlara xatirələrdən yaranan “çıxış yolları” da demək olar. Yəni misralar sizi müharibəyə yox, sülhə çağırır, amma tətiyi çəkmək hədəsiylə. Bu şeirlər hamı üçündür: yeddi yaşında da, yetmiş yaşında da oxuya bilərsən. Bunlara heç bir ideologiyaya söykənməyən, asılılığa məğlub olmayan şeirlər də demək olar. Hamıya poetik mütaliə arzu edirəm.