KitabYurdu » Kitab » Dini » Muhamməd ibn Qutbuddini İzniki Mizraklı Elmihal Cənnət Yolu Elmihalı


Şeçilmişlər Muhamməd ibn Qutbuddini İzniki Mizraklı Elmihal Cənnət Yolu Elmihalı

Muhamməd ibn Qutbuddini İzniki Mizraklı Elmihal Cənnət Yolu Elmihalı PDF
ADI:
Mizraklı Elmihal Cənnət Yolu Elmihalı
REYTİNQ:
  • +41
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
1.52 MB
Allah (cəllə cələlühü) insanların dünyada və axirətdə məsud olmaları, rahat və dinclik içində olmaları və könüllərini birləşdirib, qardaşcasına yaşamaları və özünə qulluq vəzifələrini necə yerinə yetirə bilmək üçün, onlara Peyğəmbərlər göndərdi (aleyhimüssəlam). İnsanların hər baxımdan üstünləri olan bu seçilmiş şəxslər vasitəsilə qullarına ən doğru yaşamaq yolunu bildirdi. Peyğəmbərlərinin (aleyhimüssalavatü vəttəslimat) ən üstünü və sonuncusu olan Muhamməd əleyhissəlamın dünyanın hər yerində qiyamətə qədər gələcək olan bütün insanların Peyğəmbəri olduğunu bildirdi. Allah (cəllə cələlühü) çox sevdiyi bu Peyğəmbərinə mələk ilə iyirmi üç ildə göndərdiyi “Qurani-kərim” adındakı böyük kitabında əmrlərini və qadağalarını bildirdi. Qurani-kərim ərəbcə olduğu üçün və çox incə bilgiləri və ağlın çata bilməyəcəyi şeyləri bildirdiyi üçün Muhamməd əleyhissəlam bu kitabın hamısını, əvvəldən sonuna qədər Əshabına (aleyhimürrıdvan) açıqladı. “Qurani-kərimi mənim bildirdiyimdən başqa şəkildə açıqlayan kafir olar” dedi. İslam alimləri (rahimə-hümullahü təala), Peyğəmbərimizin (sallallahü təala aleyhi və səlləm) etdiyi açıqlamaları Əshabi-kiramdan eşidib hər kəsin başa düşə biləcəyi kimi genişləndirdilər və Təfsir kitablarında yazdılar. Bu alimlərə Əhli-sünnət alimləri deyilir. Əhli sünnət alimlərinin (rahiməhümullahi təala), Qurani-kərimin açıqlamalarından və ayrıca olaraq Peyğəmbərimizin (sallallahü təala aleyhi və səlləm) “Hədisi-şərif” deyilən sözlərindən istifadə edərək yazdıqları din kitablarına “Elmihal” kitabları deyilir. Allahın bildirdiyi “İslam dini”ni doğru, sağlam öyrənmək istəyənlərin bu elmihal kitablarını oxumaları lazımdır. İndi təqdim etdiyimiz “Cənnət yolu” elmihalın əsl adı “Miftah-ul Cənnət”, yəni Cənnət qapısının açarıdır. Hicri qəməri 885 (miladi 1480) ilində Ədirnədə vəfat etmiş Muhamməd ibn Qutbüddini İzniki (rahiməhullahü təala) yazmışdır.
Dərin İslam alimi, seyid Abdülhakim Əfəndi (rahimə-hullahü təala), “Miftah-ul Cənnət elmihalının müəllifi saleh bir insan idi, oxuyanlara faydalı olar” buyurmuşdur. Bunun üçün bu kitabı nəşr edirik. Bir neçə yerinə edilən açıqlamalar bu işarəli mötərizə [ ] içinə qoyuldu. Bu açıqlamalar başqa kitablardan seçilərək əlavə edilmişdir. Bunların heç biri şəxsi düşüncələr deyildir. Allah hamımızı pusquda duran islam düşmənlərinin və müsəlman adını daşıyan, hətta din adamı kimi görünən pozğunnların, məzhəbsizlərin, dini dəyişdirməyə çalışanların tələlərinə düşərək bölünməkdən, parçalanmaqdan qorusun! Hamımızı sevgili Peyğəmbərimizin (sallallahü təala aleyhi və səlləm) yolunda, izində olan “Əhli sünnət” məzhəbində birləşdirsin! Bir-birimizi sevməyimizi, köməkləşməmizi nəsib etsin! Amin!