Dərs vəsaitində Biomexanikaya biofizikanın bir bölməsi kimi baxılaraq canlı orqanizmin toxuma, orqan və sistemlərinin mexaniki xassələri və həyat fəaliyyəti proseslərini müşayiət edən mexaniki hadisələrə, nəzəri və tətbiqi mexanika metodlarından istifadə edərək bədənin quruluş elementlərinin deformasiyasına, bədən hissələrinin dayanıqlığına və idarə olunmasına aid məsələlərə baxılmışdır. Dərs vəsaiti universitetlərin məşqçilik, idman, biologiya və fizika müəllimliyi ixtisaslarının tələbələrinə kömək məqsədi ilə yazılmışdır. Dərs vəsaiti geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
İnsan hərəkətinin biomexanikası “Biomexanika” adlanan daha ümumi fənnin bir hissəsindən ibarətdir. Biomexanika – biofizikanın bir bölməsidir. Bu bölmədə canlı orqanizmin toxuma, orqan və sistemlərinin mexaniki xassələri və həyat fəaliyyəti proseslərini müşaiyət edən mexaniki hadisələr öyrənilir. Bu elm, nəzəri və tətbiqi mexanika metodlarından istifadə edərək bədənin quruluş elementlərinin deformasiyasını, canlı orqanizmdə maye və qazların axının, bədən hissələrinin fəzada hərəkətini, hərəkətlərin dayanıqlığını və idarə olunmasını və digər məsələləri tədqiq edir. Bu tədqiqatlar əsasında orqanizmin orqan və sistemlərinin biomexaniki xarakteristikaları tərtib oluna bilər. Bu xarakteristikaları bilmək isə nizamlama proseslərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Biomexaniki xarakteristikaların nəzərə alınması fizioloji, funksiyaları idarə edən sistemlərin quruluşu haqqında fərziyyələr qurmağa imkan verir. Son vaxtlaradək biomexanika sahəsində əsas tədqiqatlar insan və heyvan hərəkətlərinin öyrənilməsi ilə bağlı idi. Lakin bu elmin tətbiq sahələri sürətlə genişlənir: bu elmə hazırda tənəffüs sisteminin, qan dövranı sisteminin, xüsusiləşdirilmiş reseptorların və s. öyrənilməsi dir. Döş qəfəsinin elastiki və qeyri–elastiki müqavimətinin, nəfəs yolundan qazların hərəkətinin öyrənilməsi üzrə maraqlı nəticələr alınmışdır. Bütöv mühitlər mövqeyindən qanın hərəkətinə ümumiləşmiş yanaşma üçün cəhdlər göstərilir. Bundan başqa damaralrın divarlarının elastiki rəqsləri öyrənilir. Həmçinin sübut olunmuşdur ki, mexanika nöqteyinəzərindən qan-damar sisteminin quruluşu özünün daşınma funksiyalarının yerinə yetirilməsi üçün optimal quruluşdur. Biomexanikada reoloji tədqiqatlar nəticəsində bədənin toxumalarının özünəməxsus deformasiya xassələri: gərginlik və deformasiya arasında eksponensial qeyri–xətti asılılıq, nəzərəçarpacaq zaman asılılığı və s. aşkar olunmuşdur. Toxumaların deformasiya xassələri barədə əldə olunan biliklər bir sıra praktiki məsələlərin həllinə kömək edir. Bu biliklər o cümlədən daxili protezlərin (klapanların, süni ürəklərin, damarların və s.) yaradılması zamanı istifadə olunur. Bərk cisim kalssik mexanikası, insan hərəkəıtinin öyrənilməsi zamanı xüsusilə məhsuldar tətbiq olunur. Biomexanika dedikdə daha çox məhz onun bu tətbiqi nəzərdə tutulur. Hərəkətlərin öyrənilməsi zamanı biomexanika antropometriya, anatomiya, sinir və əzələ sistemlərinin fiziologiyası və digər biologiya fənlərinin nəticələrindən istifadə edir. Sinir-əzələ sistemində idarə olunan təsirlərin miqdarı kifayət qədər böyükdür. Lakin, bununla yanaşı, sinir - əzələ sistemi maraqlı etibarlılığa və geniş kompensasiyaedici imkanlara, təkcə eyni hərəkətləri dəfələrlə təkrar etmək qabiliyyətinə deyil, həm də müəyyən məqsədə çatmaq üçün ixtiyari hərəkətlərin yerinə yetirilməsi qabiliyyətinə malikdir. Lazım olan hərəkətləri yaratmaq qabiliyyətindən baş sinir-əzələ sistemi orqanizminin daxili və xarici mühitinin sürətli dəyişmələri və uyğunlaşmasını təmin edir. Bu dəyişkənlik təkcə passiv xarakter daşımır, o həm də qarşıya qoyulan məsələnin ən yaxşı həllinə nail olduğu vaxt sinir sisteminin həyata keçirdiyi fəal axtarış əlamətlərinə malikdir. Sinir sisteminin qeyd edilən qabiliyyətləri, onda hərəkətlər haqqında məlumatların işlənməsi ilə təmin edilir. Sinir - əzələ sisteminin fəaliyyəti, hərəkət zamanı, kinematik və dinamik quruluşlarında əks olunur. Bu əks olunma sayəsində mexanikanın müşahidəsi nəticəsində hərəkətlərin nizamlanması və pozulması haqqında məlumat 10 almaq mümkün olur. Bu imkandan xəstəliklərin diaqnostikası, əlillərin, idmançıların və kosmonavtların hərəkət vərdişlərinə nəzarət zamanı xüsusi testlərin köməyi ilə neyrofizioloji tədqiqatlarda geniş istifadə olunur.