KitabYurdu » Kitab » Ədəbiyyat » İbrahim Həssas - Yasəmən rəngli kədər


Şeçilmişlər İbrahim Həssas - Yasəmən rəngli kədər

İbrahim Həssas - Yasəmən rəngli kədər PDF
ADI:
Yasəmən rəngli kədər
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
1.1 mb
Hörmətli oxucu, Sizə təqdim olunan «Yasəmən rəngli kədər» adlı bu kitabı mən göydə ALLAHın, yerdə atamın, anamın, müəllimlərimin və bir də on ildən sonra dünyaya gələcək bapbalaca bir yazar oğlan uşağının əziz xatirəsinə ithaf edirəm.
İrfan sözünün bilgi və mərifət köklü olduğu üzərində duranlar da var. Ancaq irfanı eyni zamanda “ərf” köklü olaraq görənlər də vardır. “Ərf” xoş qoxu deməkdir. İrfanda isə Tanrının qoxusunu yaxalayıb və o qoxunu təqib edənlərə arif deyilmişdir. Və bu mənada İbrahim Həssas yaradıcılığına nəzər salanda bu qoxunu istər şeirlərində, istərsə də “Hekayə, novella, esse,” “Miniatür, etüd, hayqu, deyimlər, yozumlar” bölməsində və ümumilikdə bütün əsərlərində duymaq mümkündür. “Gecənin qaranlığında kədərimin qoxusu gəlir burnuma” deyən şair mütləq bu hissi, bu duyğunu yaşamalıdır ki, ərsəyə yeni fikir, yeni ideya çıxara bilsin. Əks təqdirdə dahi Füzuli demişkən: “Tapdanmış yolla gedib-gəlməyin faydası olmaz. Və ya bu yol döyülmüş xırmandan başaq yığmağa bənzəyər”. İstər klassik ədəbiyyatdan, istərsə də müasir dövrümüzün Ramiz Rövşən, Seyran Səxavət, Salam Sarvan kimi şairlərinin irsindən bəhrələnən İbrahim Həssas “Özüm öz evimdə qonaq kimiyəm” şeirində:
Bu necə taledi, bu necə baxtdı,
ALLAH, sən bu işə necə baxırsan?
Bizi incidirlər günorta vaxtı,
Sənsə dualara gecə baxırsan.