KitabYurdu » Kitab » Ədəbiyyat » Azərbaycan Dastanları - 1. cild


Şeçilmişlər Azərbaycan Dastanları - 1. cild

Azərbaycan Dastanları - 1. cild PDF
ADI:
Azərbaycan Dastanları - 1. cild
REYTİNQ:
  • +16
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
752 KB
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırılır.
Təqdim olunan cildə elin bu şifahi söz sənəti incilərindən - haqq aşığı Qurbani haqqında rəmzi-məcazi səciyyəli “Qurbani”, astral məzmunlu “Tahir və Zöhrə”, Dədə Qorqud dünyası ilə çox yaxından səsləşən “Novruz”, ailə-məişət mövzulu “Alı xan”, eləcə də qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan “Lətif şah”, “Şahzadə Əbülfəz” kimi çox sevilən, xalqın duyğu və düşüncələrini, istək və arzularını bütün əlvan yönləriylə tərənnüm edən dastanlar daxil edilmişdir. Geniş yayılan bu dastanlarda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.