KitabYurdu » Kitab » Dərslik » Vergi sistemi (Dərslik)


Şeçilmişlər Vergi sistemi (Dərslik)

Vergi sistemi (Dərslik) PDF
ADI:
Vergi sistemi (Dərslik)
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.93 Mb
«Vergi sistemi» dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi Dövlət standartlarına, müvafiq təhsil proqram- ianna uyğun olaraq hazırlanmış və «İqtisadiyyat», «Maliyyə», «Mühasibat uçotu və audit» ixtlsasian üzrə təhsil alan bakalavriat səviyyəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Dərslikdə vergitutmanın nəzəri-metodoloji əsaslan və tarixi inkişaf mərhələləri ətraflı şərh edilməklə yanaşı, vergi sisteminin qurulması, idarə edilməsi, vergi inzibatçılığı, vergi nəzarəti məsələlərinə də geniş yer verilmiş, Azərbaycan Respublikasının vergi sistemində müəyyən edilən və ödənilən vergilərin tətbiqi xüsusiyyətləri təqdim olunmuşdur. Dərslik 2012-ci iiin sonunadək vergi qanunvericiliyində edilən bütün dəyişikliklər nəzərə alınmaqla işlənilmişdir.
Vergilər dövlətin maliyyə ehtlyatlannı formalaşdıran əsas mənbə kimi insan sivilizasiyasının yarandığı dövrlər- dən mövcuddur. Dövlətin yaranması, ordunun formalaşması və dövlət aparatının saxlanılması hələ qədim dövrlərdə vergilərin yığılmasını zəruri edirdi. Vergilər bəşər tarixinin ta qədim zamanlarından müxtəlif formalarda tətbiq olunmağa başlamış və bu günə qədər də formalaşmaqdadır. Bu inkişaf vergilərin primitiv şəklindən təkmilləşdıril- məsinə qədər olan uzun bir tarixi yol keçərək bu günə gəlib çıxmışdır. Vergilər həmişə dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olub və olmaqdadır. Bu baxımdan bu sahənin dərindən öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Son itlərdə vergi sahəsində xeyli dərslik, dərs vəsaiti, monoqrafiya və metodik vəsait çap olunub. Bu sahədə yeni bir dərsliyin hazırlanmasına ehtiyac isə vergitutmanın durmadan inkişaf etməsi və hər it vergi qanunvericiliyində aparılan təkmilləşdirmə işləri ilə əlaqədardır. Dərsliyin məqsədi - vergi sahəsəndə biliklərin mənimsənilməsinə və sistemiəşdirilməsinə yardım etmək və gələcəyin mütəxəssislərini həm nəzəri, həm də təcrübi cəhətdən hazırlamaqdan ibarətdir. Dərsliyin birinci fəsli vergitutmanın nəzəri məsələlərinə və tarixi inkişafına həsr edilib. Bu fəsildə vergi anlayışı, vergilərin funksiyalan, vergilərin yaranması, formalaşması və tarixi inkişaf mərhələləri, vergi nezeriyyələri və vergitutmaya dair iqtisadi və nəzəri baxışlar təqdim olunub. İkinci fəsil Azərbaycanda vergilərin yaranması və inkişafı tarixini, həmçinin müxtəlif dövrlərdə tətbiq edilən vergilər və həyata keçirilən vergi Islahatlannı əks etdirir. Üçüncü fəsildə vergi siyasəti və həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri, oniann nəticələri, vergitutmanın idarə edilməsi Və planlaşdıniması, həmçinin vergi sistemində apanian kadr siyasəti verilmişdir. Dördüncü fəsildə Azərbaycan Respublikasının vergi sisteminin əsas xüsusiyyətləri, vergi xidmətinin təşkili və inkişafı, vergi inzibatçılığı, vergi sistemində vergi borcları problemi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilib. : Beşinci fəsildə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər, Azərbaycan Respublikasında müəyyən edilən və ödənilən vergilər, dövlət vergi orqanları və vergi ödəyiciiərinin hüquq və vəzifələri öz əksini tapmışdır. Altıncı fəslidə Azərbaycan Respublikasında həyata keçirilən vergi nəzarəti,- onun formaları, vergi ödəyiciiərinin uçotu qaydalan, bankiann vergi ödəyiciiərinin uçotu ilə bağlı vəzifələri müəyyən olunub. Yeddinci fəsil vergi orqanlan tərəfindən keçirilən ka- meral və səyyar vergi yoxlamalarının, həmçinin operativ vergi nəzarətinin təşkili və keçirilməsi qaydaianna həsr olunub. Səkkizinci fəsildə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsaslan, maliyyə sanksi- yalannın tətbiqi, vergi orqanlannın və oniann vəzifəli şəxslərinin məsuliyyəti verilib. Doqquzuncu fəsildə vergilər üzrə borcların alınması, vergltutma obyektinin ayn-ayn hallarda müəyyən edilməsi, vergi öhdəliyi, vergi ödəyiciləri və vergi orqanları tərəfindən vergilərin hesablanması qaydalan göstənlib. Dərsliyin sonuncu fəsilləri Azərbaycan Respublikasında müəyyən edilən və ödənilən vergilərə həsr olunub. Bu fəsillərdə fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərdən mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər, torpaq vergisi, əmlak vergisi, yol vergisi, mədən vergisi və sadələşdirilmiş verginin tətbiqi xüsusiyyətləri təqdim olunub. Dərslikdə mənimsəməni artırmaq və biliyi möhkəmləndirmək üçün mövzulan tam əhatə edən 680 test tapşırığı da verilmişdir.