KitabYurdu » Kitab » Ədəbiyyat » Əkrəm Əylisli - Daş yuxular


Şeçilmişlər Əkrəm Əylisli - Daş yuxular

Əkrəm Əylisli - Daş yuxular PDF
ADI:
Daş yuxular
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
696 KB
Əkrəm Əylislinin Rusiyanın populyar "Drujba Narodov" jurnalında çap olunmuş "Daş Yuxular" (Kamennıe Snı) romanı son aylar Azərbaycanın ictimai həyatında sözün əsl mənasında böyük narazılığa səbəb olmuşdur. Bu əsər özünün bədii keyfiyyətləri ilə deyil, avantürist ideyaları və xəstə sayıqlamaları ilə diqqəti cəlb edir. Romanı burada şərh etmək fikrimiz yoxdur. Qoy onun bütün keyfiyyətlərini oxucu özü dəyərləndirsin.  Bu vaxta qədər əsərin Azərbaycanca variantı olmadığından Azərbaycan oxucusunun əksəriyyətinin  bunu etmək imkanı məhdud idi. Bu boşluğu doldurmaq üçün biz həmin əsərin Azərbaycan dilinə tərcüməsini ictimaiyyətə təqdim edirik. Düzdür, müəllif bu romanın bütün hüquqlarının ona məxsus olmasını bildirərək, onu bu vaxta qədər oxucuya ana dilində təqdim etməmişdir. Amma o, bilməlidir ki, əsər nəşr olunana qədər yazıçıya məxsus ola bilər. Onun çap olunmasından sonra müəllifin öz xalqının müqəddəs dəyərlərinə, mənəviyyatına, düşüncə tərzinə və tarixinə dərindən zərbə vuran belə bir cızma-qaranı müəlliflik hüququ pərdəsi ilə ört-basdır etməyə mənəvi haqqı yoxdur. Beləliklə, əsəri sizin mühakimənizə təqdim edirik. 
Qonaq fatima
eseri oxudum, tercume yaxsi deyil, sozlerin coxusunun menasini anlamaq olmur,Axi orijinal ruscadi, bes niye tercume bele qarisiqdi?
bes goresen Xocali haqqinda da kimse bele eser yaza bilermi?
yazsinlar ve rusca tercume edilsin yayimlansin .. Ekrem eserlerini seve see oxudugumuz agladigimiz yazicilardan idi. indi de Gilenar agaci ,,,,,kimi eserleri eyni hissle oxuyuruq, amma bu eserde nese ferqlilik var. 

hemiseki kimi kendine olan vurgunluq burda da var, Amma evveller o kendin adi bize veten kimi dogma idi, bu eserde ise o sevgi qiblesini deyisib sanki
  • 14 fevral 2017 22:22
  • Status: