KitabYurdu » Kitab » Dərslik » Sevinc Şahhüseynova - Etika


Şeçilmişlər Sevinc Şahhüseynova - Etika

Sevinc Şahhüseynova - Etika PDF
ADI:
Etika
REYTİNQ:
  • +20
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
854 KB
Dərslik mövcud proqram əsasında yazılaraq «Etika»nın əsas mövzularının əksəriyyətini əhatə edir. İncəsənət təmayüllü ali məktəb tələbələri üçün nəzərdə tutulan bu dərslik geniş oxucu kütləsinin də müvafiq tələbatlarını təmin edə bilər. Fəlsəfi elmlərin tədris saatlarının kəskin surətdə azaldığı dövrdə bu dərsliyin əhəmiyyəti daha çox nəzərə çarpır. Dərslik Təhsil Nazirliyi tərəfindən qoyulan tələblərə cavab verir.
Bu gün tədrisi vacib fənlərdən olan «Etika» Aristoteldən müasir dövrümüzədək uzun bir tarixi yol keçmişdir. Hal-hazırda baş verən ictimai proseslər, insanın mənəvi inkişafı və s. «Etika»nın tədqiqat obyektindən kənarda deyil. Bu baxımdan «Etika» gənclərin şəxsiyyət kimi formalaşmasında, onların əxlaqi şüurunun inkişafında mühüm rol oynayan fənlərdəndir. «Etika»nın əsas kateqoriyaları olan xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, xoşbəxtlik və həyatın mənası dərslikdə mühüm yer tutur. Dərslik insanlar arasında mövcud olan davranış qaydalarının, əxlaq normalarının tənzim edilməsi ideyasını aşılayır. Tarixi xarakter daşıyan əxlaq problemləri zaman keçdikcə başqalaşaraq yeni məzmun qazansa da, heç vaxt aktuallığını itirmir və cəmiyyətin mənəvi həyatının ayrılmaz hissəsi olaraq qalır. Bu baxımdan, əxlaq haqqında elmin əsas və müstəqil fənn kimi tədrisi zəruridir.
Son dövrdə bir sıra ictimai fənlərin, o cümlədən «Etika»nın dərs saatlarının kəskin surətdə azalması fənnin tədris proqramının tutulması zamanı böyük çətinliklər törətmiş və elmin məğzini mövcud saatlara uyğunlaşdırmaq zərurətini yaratmışdır. Fundamental elm olan «Etika»ya saatların «xəsisliklə» verilməsi onun bir çox maraqlı mövzularının proqramdan kənarda qalmasına səbəb olmuşdur. Proqramda yalnız ixtisar edilməsi heç cür mümkün olmayan aşağıdakı mövzular qala bilmişdir: «Etika fəlsəfi elmdir», «Əxlaqın mahiyyəti və əsas funksiyaları», «Əxlaqi şüur», «Əxlaqi fəaliyyət», «Etikanın əsas kateqoriyaları», «Əxlaq və ictimai şüurun digər formaları», «Peşə etikası», «Etikanın inkişafında əsas mərhələlər», «Azərbaycanda etik fikir tarixindən» və s. Təəssüf ki, əxlaqi sərvətlər və ideallar, şəxsiyyətin fərdi keyfiyyətləri, varlığının və ünsiyyətinin xarakteri, onun mənəvi siması, məhəbbət, ailə və nikah, əxlaq tərbiyəsi və s. ilə əlaqədar məsələlər saatların azlığı səbəbindən proqramda, o cümlədən dərslikdə öz əksini tapa bilməmişdir.
Göründüyü kimi, dərsliyin mövzu partiturasının tərtibi zamanı əsasən klassik ənənələrə üstünlük verilmişdir. Bunun əsas səbəbi doğma dilimizdə bu ənənələrin mütərəqqi tərəflərini özündə əks etdirən dərsliyin olmamasıdır. Həmin ənənələrin qorunub saxlanmasının zəruriliyi ideyasını əsas götürərək, gələcək işimizdə «ənənə» ilə yanaşı, «novatorluq» prinsipinə də riayət etməyə çalışacağıq.
Dərsliyin tərtibi zamanı mənə dəyərli məsləhətlər verən bütün insanlara öz minnətdarlığımı bildirirəm.