KitabYurdu » Kitab » Ədəbiyyat » ƏLİ KƏRİM SEÇİLMİŞ ƏSƏRLƏRİ


Şeçilmişlər ƏLİ KƏRİM SEÇİLMİŞ ƏSƏRLƏRİ

ƏLİ KƏRİM SEÇİLMİŞ ƏSƏRLƏRİ PDF
ADI:
Əli Kərim seçilmiş əsərləri
REYTİNQ:
  • +20
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
1 MB
Bu kitab "Əli Kərim. Seçilmiş əsərləri, I cild" (Bakı, Azərnəşr, 1991) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. 
Bu başlıq sadəcə o demək deyil ki, Əli Kərim şeir yaradıcılığı ilə məşğul olub, Əli Kərim şairdir. Onun üçün belə deyərdik: “Əli Kərimin poeziyası”. Hətta bu ikinci sərlövhə əlimizdəki kitab üçün daha münasib görünərdi. Çünki o, şeir yaradıcılığı ilə yanaşı, həm də istedadlı nasirdir, dramaturqdur, çox dəqiq zövqlu tənqidçidir və bu kitabında ancaq poeziyası gedir. Bu başlıqla nəzərdə tutulur ki, ədəbiyyatımızda və ədəbi tənqidimizdə bir "Əli Kərim şeiri" deyilən anlayış var. Bu ikinci növ təyini söz birləşməsinin, dilçi olaraq, qrammatik mənasını mən yaxşı bilirəm. "Əli Kərim şeiri" o deməkdir ki, Əli Kərim üsluba çevrilib, onun şeiri edəbiyyatda sabitləşib, onun yaradıcı davamçıları və hətta onu vəcdlə oxuyan xüsusi oxucuları, çoxlu pərəstişkarları var...
İctimai-zehni və ya ictimai-fiziki əməyin hansı sahəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, kim öz şəxsiyyətinə hesabat verməyi bacarırsa, o, müdrik insandır. Özünə hesabat vermək nadir xasiyyətdir - böyüklük əlamətidir; xalq üçün, cəmiyyət üçün "nəyi eləyib, nəyi eləyə bilərmiş, ancaq eləməyib, harada zəhmətini əsirgəyib" suallarının qarşısında duran adam gələcək fəaliyyəti üçün özünü səfərbər edir.
Demək, bu sualı vermək üçün gərək insanın işdən qorxmamaq, yorulmamaq istedadı da olsun - Əli Kərim kimi. Vaxtaşırı özünə, öz mənliyinə hesabat verən Əli Kərim bu etiraflardan birini daxili, şəxsi çərçivədən kütləvi-ictimai mühitə çıxarır, oxucularının qarşısında onların şahidliyi ilə bəyan edir: "Otuzdan çox yaşamışam...". Giley-güzarsız, alnıaçıq, üzüağ şəkildə deyir: "İllərimin çoxusu mənimlədir. Ailəmin üzvüdür...". Vaxta yaradıcı insanın ən qiymətli kapitalı kimi baxan şair öz həyatının saatlarını, dəqiqələrini də saya alır: "Elə saatım var ki, ağac olub bir dost bağında, hər dəqiqəsi bir meyvəyə dönüb Göy budağında... Anlarım var: Leysan yağışı kimi yağmış Kövrək bir insan qəlbinə... Şeirlərimə baxıram: Yanıb dəftərə tokülmüş günlərimdir. Otuzdan çox yaşamışam. Peşman deyiləm..." Keçmişə baxmaq, özünə hesabat vermək ona görə gərəklidir ki, gələcəyin yolunu müəyyənləşdirəsən, edəcəklərini ipə-sapa düzəsən. Keçmiş keçmişdir, əslində onu gələcək üçün və gələcəyin xatirinə yada salırsan.