KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Ceffri Foks Necə güclü rəqib olmaq olar


Şeçilmişlər Ceffri Foks Necə güclü rəqib olmaq olar

Ceffri Foks Necə güclü rəqib olmaq olar PDF
ADI:
Necə güclü rəqib olmaq olar
REYTİNQ:
  • +17
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
989 KB

Bestseller seriyasından olan yeni kitabında Ceffri Foks ayrı-ayrı şirkətlərin nəyin sayəsində güclü rəqibə çevrilmələrindən və öz bazarlarında liderlik mövqeyi qazanmalarından söhbət açır. Bu kitab bazarda özünü təsdiq etmək, hətta tariflər yüksək olmayan vaxtı imkanları əldən buraxmamaq və udmağı davam etdirmək üçün necə fikirləşmək və nə ilə risk etmək barədə cəlbedici əsərdir.

Kitab, ilk növbədə, rəhbər şəxslər və biznesmenlər üçün nəzərdə tutulmuşdur. Lakin o həmçinin geniş oxucu dairəsi üçün də maraqlı olacaqdır. Ceffri Foks biznesmen və biznesdə karyeranın idarə edilməsinə həsr olunmuş kitablar seriyasının müəllifi kimi məşhurdur. Onun

Necə baş direktor olmaq olar

Necə birinci dərəcəli rəhbər olmaq olar 

Xülasə göndərməyə tələsməyin

Necə satış sehrbazı olmaq olar

Necə marketinq super ulduzu olmaq olar

Pul ifadəsində rəqabət üstünlükləri

Kiçik biznesdə böyük pulları necə əldə etmək olar

 kitabları bütün dünyada, o cümlədən Rusiyada bestsellerə çevrilmişdir. Onların uğuru Ceffri Foksun zəngin iş təcrübəsinin və sadə yazılış üslubunun nadir uzlaşması ilə şərtlənir. İnsanın təşkilatda (müəssisədə, idarədə) üzləşdiyi mürəkkəb vəzifə və problemləri Foks sadə müşahidələrə və qaydalara aid edir, lakin bu zaman o, bəzən kəskin ziddiyyətli qeydlər və nəticələrdən də çəkinmir. Bütün bunlar oxucunu, sanki aşkar şeylərə yenidən baxmağa və onlarda öz karyerasını idarə etməyin real imkanlarını kəşf etməyə vadar edir.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.