» » » A.H.Qəhrəmanzadə - Rəqəmli Kommutasiya Sistemləri və Şəbəkələri


Şeçilmişlər A.H.Qəhrəmanzadə - Rəqəmli Kommutasiya Sistemləri və Şəbəkələri

A.H.Qəhrəmanzadə - Rəqəmli Kommutasiya Sistemləri və Şəbəkələri PDF
ADI:
Rəqəmli Kommutasiya Sistemləri və Şəbəkələri
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
4.25 MB
Kitabda müasir telekommunikasiya şəbəkələrində geniş tətbiq olunan rəqəmli kommutasiya sistemləri (RKS), kommutasiya sahələrinin yaranma prinsipi və təsnifatı, rəqəmli kommutasiyada idarəetmə və siqnallaşma, abunəçi interfeysi, proqram təminatı, DMS-100, System-X, S-12 və ISDN-nin quruluşu, şəbəkələrin layihələndirilməsi, teletrafiki və texniki istismarı geniş
şərh olunmuşdur. Telekommunikasiya şəbəkələrinin inkişafı, layihəsi və istismarı ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan həmçinin Azərbaycan Texniki Universitetində təhsil alan bakalavr və magistrantlar da istifadə edə bilərlər.
Hazırda telekommunikasiya sürətlə inkişaf edərək rəqəmli elektronika vəkompüter texnologiyaları ilə möhkəm sintez edərək yeni infokommunikasiyasahəsini yaratmışdır. Infokommunikasiya– müasir cəmiyyətin texniki-iqtisadiqanunlarına müvafiq olaraq inkişaf edən kompüter -məlumat-kommunikasiyainfrastruktura sahəsidir [1-55].Bir sıra tədqiqatçılar hesab edirlər ki, bu sahələri bir-birindən ayırmaqdaha mümkün deyildir və 2000-ci ildə Nobel mükafatının elektronika vətelekommunikasiya sahəsində geniş tətbiq olunan elmi kəşflərə verilməsi bunabariz sübutdur. Avropa və dünyanın inkişaf etmiş dövlətləri telekommunikasiyasahəsinin sürətli inkişafına hər cür yardım edir və böyük maraq göstərirlər [56-125].Təsadüfi deyildir ki, XXI əsri tərəddüd etmədən «informasiya cəmiyyətiəsri» adlandırmaq olar. Telekommunikasiya texnologiyalarının «informasiyacəmiyyətinin» yaranma prosesinə həlledici təsirini aşağıdakılar əyani şəkildəgöstərir:1. Dünyanın nəhəng 7 dövləti və Avropa Ittifaqı tərəfindən «Qlobalbeynəlxalq informasiya strukturunun» işlənib hazırlanması;2. Avropa Informasiya Texnologiyası Tədqiqat Mərkəzinin (EITO) ənmüasir telekommunikasiya və informasiya xidmətləri göstərilməsi məqsədi iləgeniş miqyaslı və uzun müddətli inkişaf konsepsiyasının hazırlanması;3. Avropa tədqiqat proqramlarının (R&D in Advanced CommunicationsTechnologies in Europe - RACE) yeni telekommunikasiya texnologiyalarınınişlənməsi;4. Dünya informasiya texnologiyalarında liderliyi saxlamaq üçün ABŞ-da milli informasiya infrastrukturu və yeni telekommunikasiya qanunlarınınyaradılması.Yuxarıda göstərilən irimiqyaslı işlərin həyata keçirilməsində yenitelekommunikasiya texnologiyaları həlledici rol oynayırlar. Aydındır ki, yalnızyüksək telekommunikasiya texnologiyalarının köməyi ilə qlobal «informasiyaveriliş şəbəkələri» yaratmaq mümkündür [126-201].Mikroelektronika, hesablama texnikası və sürətli inkişafda olantelekommunikasiya texnologiyaları XX əsrin sonunda inteqral xidmətli rəqəmlikommutasiya və veriliş şəbəkələrinin (ISDN) yaranmasına səbəb olmuşdur. Butexnologiyaların, şəbəkələrin inkişafı və tərəqqisi nəticəsində geniş zolaqlıinteqral xidmətli rəqəmli şəbəkələrin (ISDN-V) və XXI əsrin informasiyaşəbəkəsi sayılacaq yüksək sürətli, supermagistral «informasiya verilişşəbəkələri» yaranmaqdadır. Informasiya texnologiyalarının inkişafına ən böyüktəkan isə geniş miqyaslı kompüterləşmə prosesi və müasir fiber-optik rabitəşəbəkələrinin yaranmasıdır.