KitabYurdu » Kitab » Tural İrfan - Kamikadze 1


Şeçilmişlər Tural İrfan - Kamikadze 1

Tural İrfan - Kamikadze 1 PDF
ADI:
Kamikadze 1 (İlahi külək)
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
824 kb
Türk dünyasının, eləcə də, İslam aləminin (əs­lin­də, İNSANLIĞIN!) ortaq üzüntülərindən olan (yaxud olmalı olan), Azərbaycan xalqının ba­şına gə­tirilən silsilə torpaq qəsbkarlığı, işğallar, soy­qırım­lar sırasında Qazaxın Bağanıs-Ayrım elində törə­dil­miş qətliam, soyırım aktı da var. Mənfur Ermənistan döv­lətinə bağlı silahlı qüv­vələr (eləcə də, havadarları) tə­rə­fin­dən törədilmiş qətlia­mın tarixi faktlar əsasında bədii şəkildə işıq­landırılıb geniş ic­timaiyyətə təqdim edilməsi istedadlı yeni nəsil yazarı (və ilahiyyatçısı) Tural İRFANa nəsib olub. 
Həmin qətliamın araşdırılıb elmi-publisistik üslubda kitablaş­dırılaraq, türk dünyasına təqdim olunması bir neçə il öncə dəyərli millət vəkilimiz dos.dr. Qənirə Pa­şa­yevə və tanınmış aydınımız, “Şərq” qəzetinin baş re­dak­toru Akif Aşırlı tərəfindən təqdim olunmuşdu. Tural İrfan həmin kitabda da göstərilən faktlar əsasında bu mövzunu daha da genişləndirərək ermənilərin xalqımıza qarşı törət­diyi digər cinayətləri də, bu romanında obrazlı şəkildə can­landırıb. 
İşğal olunmuş torpaqlarımız, qaçqın düşmüş el-oba­la­rımız, şəhidlərimiz mövzsusuna usta qələmlərin mü­raciətinin nədəncə az olduğu ( - xalqımızın, gənc­ləri­mizin bu dərd­lə­ri unutmaması, gələcək nəsillərə aşı­lan­ması xüsusunda yazıl­mış əsərlərin qıt olduğu…) bir dö­nəm­də Tural İrfanın yazdığı bu dolğun əsər, təq­dirəla­yiqdir. 
Tural İrfan Qazaxın Bağanıs-Ayrım qırğınının tim­salın­da xal­qı­mızın bütün dərdlərinə, işğal problemlərinə güz­gü tutmağa çalışması, ermənilərin xaraktersizliyi, mənfur-məkrli plan­ları, üzsüz üzü və “astar”ları haqqında ta­rixi faktlara söy­kən­məsi (- olayın birbaşa baş verdiyi coğ­rafiyanın canlı şahidlərini obraz kimi göstərməsi!) fərqli bir bədii əsər meydana gətirmişdir. Yetərincə aydını­mı­zın, elm-ədə­biy­yat adamımızın da məsləhət və təklif­lə­ri­ni nəzərə alaraq (geniş araşdırma sayəsində ələ­nərək), nə­hayət gün üzü görməsinə ehtiyac duyulan bu ro­manın əsas qiymətini qədirşünas oxucular verəcək. 
İş­ğalçılar tə­rəfindən düçar edildiyimiz müsibətlərin ədəbiyyatımızda canlandırılması, əsasən gənc nəslin bu sa­hə­də bil­gi­lən(diril)məsi baxımın­dan bu kimi əsərlərin ya­zıl­­ması gə­rəklidir. Bu fikir dəfələrlə dövlət xadimlərimiz tə­rəfin­dən də səsləndirilib. 
Ümumilikdə, ilahiyyatçı yazar Tural İrfanın uzun müd­dət üzərində işləyərək xeyli (hətta nadir sayılacaq) qay­naqlara əsaslanaraq meydana gətirdiyi “Kami­kadze” (“İlahi Külək”) romanını, ronmanın əhatə et­diyi mövzunu qənaətbəxş hesab edirəm.