KitabYurdu » Kitab » İbrahim Samiroğlu- Hüdudlardan kənarda


Şeçilmişlər İbrahim Samiroğlu- Hüdudlardan kənarda

İbrahim Samiroğlu- Hüdudlardan kənarda PDF
ADI:
Hüdudlardan kənarda
REYTİNQ:
  • +23
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
869 kb
<<Hüdudlardan kənarda romanı bir gəncin başına gəlmiş hadisələrdən söhbət açır. Səidin öz doğma el-obasından uzaq düşərək, başqa, yad bir ölkəyə getməsi, sonra orada olanlar.. Səid bu çətin mərhələdən necə keçəcək?>>
İsti may ayları idi. Ağ rəngli Volqanın sürücüsü Səid meşəlik tərəfdən orta sürətlə, kəndə tərəf gəlirdi. Adətən, Volqanın benzini az olurdu. Ancaq, bu gün tamam fərqli bir gün idi. Meşəlikdən bir qədər o tərəfdə, kiçik bir kənd yerləşirdi. Mal qara cəhətdən, bu kiçik kənd zəif idi. Səhərin erkən çağında Səid, Süd, qatıq, ağartı və başqa kənd məhsullarını, həmin bu dağ kəndə aparırdı. Məhsul öz məhsulları idi. Öz fermalarının ağartıları idi. Babasından qalma ferma atasına məxsus idi. Kişi gününü fermada keçirirdi. Bir ara fermaya sürü ilə eşşək də gətirmişdi. Həkimlərin, alimlərin deməsinə görə, Eşşək südü bir nömrəli dərman idi. Təbii 6 ki, kənd camaatı bundan narazı qalmalı idi. Ferma kəndə yaxın olduğu üçün, eşşəklərin səsi, örüş üçün, kəndə tərəf gəlməsi kənd adamlarına sərf etmirdi.