» » » GƏLİRLƏR VƏ ƏMƏK HAQQI SİYASƏTİ


Şeçilmişlər GƏLİRLƏR VƏ ƏMƏK HAQQI SİYASƏTİ

GƏLİRLƏR VƏ ƏMƏK HAQQI SİYASƏTİ PDF
ADI:
Gəlirlər və əmək haqqı siyasəti
REYTİNQ:
  • +12
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
930 KB
Azərbaycanda sosial yönümlü bazar iqtisadiyyatının yaradılması cəmiyyətdə sosial rifahın təmin olunmasına zəmanət kimi dövlətin müəyyənedici rolunun gücləndirilməsi ilə şərtləşir. Belə ki, əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaran sosial-iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi əsası yaradıldı. Həyata keçirilən siyasət iqtisadiyyatda keyfiyyət dəyişikliklərinə səbəb oldu. Bütün makroiqtisadi göstəricilərə əsasən Azərbaycan ən yüksək iqtisadi artım səviyyəsinə nail olmuşdur. Sosial problemlərin həlli həyat səviyyəsinin sabitləşməsi və yüksəldilməsi, əhalinin adambaşına düşən orta gəlirlərin artırılması, ev təsərrüfatlarının tələbatlarının ödənilməsi imkanlarının genişləndirilməsi ilə qırılmaz şəkildə bağlıdır. Bazar iqtisadiyyatı ölkələrində mövcud olan bazar əlaqələrinin ən ümumi cəhəti onların dövlət tərəfindən makro iqtisadiyyat səviyyəsində bütünlüklə ictimai təkrar istehsal üçün əlverişli şərait yaratmaq məqsədi ilə tənzim olunmasıdır. Bu baxımdan dövlətin iqtisadi vəzifələri özünü bir neçə istiqamətdə həyata keçirilən iqtisadi siyasətdə tapır ki, bunlara daxildir: sosial siyasət, fiskal siyasət, sahibkarlıq siyasəti, elmi-texniki siyasət, xarici iqtisadi siyasət, inhisarçılığa qarşı siyasət, antiinflyasiya siyasəti və s.
Bu siyasətlərin həyata keçirilməsi vahid məqsədə - iqtisadiyyatın yüksək səmərəliliyinin, iqtisadi həyatın sabitliyinin və sosial ədalətin bərqərar olunmasının təmin edilməsi yolu ilə ölkənin sosial-iqtisadi həyatının tənzim edilməsinə yönəldildi.