KitabYurdu » Kitab » Lətifə Əliyeva - Sirli gedişlər


Şeçilmişlər Lətifə Əliyeva - Sirli gedişlər

Lətifə Əliyeva - Sirli gedişlər PDF
ADI:
SİRLİ GEDİŞLƏR
REYTİNQ:
  • +40
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
1.59 mb
Lətifə xanımın zəngi məni 1980-ci illərin qaynar ədəbi məclislərinə, ali məktəblərdə, zavodlarda, fəhlə yataqxanalarda, kitabxanalarda keçirilən görüşlərə qaytardı. O vaxt Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinin tələbələri həm yeni çıxan kitabların gur müzakirəsi, həm də dünyada gedən proseslərə ayıq və yüksək vətəndaşlıq mövqeyindən yanaşmaları ilə seçilirdilər və ən unudulmaz ədəbi məclislərimiz onların iştirakı ilə keçirilən məclislərdi. Balaca qardaşım da onların arasındaydı, bizi tez-tez görüşdürürdü. Sonralar həmin gənclər Azərbaycanın hüquq- mühafizə sistemində layiqli yerlərini tutdular və aralarındakı dostluq münasibətləri də bu günə kimi davam edir. Bu nəsr kitabının qəhrəmanı olan xanım da həmin gənclərin arasındaydı. Aradan keçən illər ərzində öz ixtisasına uyğun olaraq vəkilliklə məşğul olmuş qəhrəman çətin və mürəkkəb bir həyat yolu keçmiş, nəsr üçün zəruri olan zəngin həyat materialı toplamışdır. Oxuculara təqdim edilən “Sirli gedişlər” romanı da həmin həyat materialı əsasında yazılmışdır. Bu növ nəsr əsərləri peşəkarlıq baxımından, bədii nəsr texnalogiyası nöqteyi nəzərindən müəyyən tələblərə cavab verməyə bilər. Dil, orfoqrafiya, üslub baxımından tam cilalanmamış ola bilər. Lakin bəzən onların verdiyi tarixi-mənəvi, etik-psixoloji material yüksək nəzəri hazırlıqla yazılmış və çeşidli “izm” iddiaları ilə çıxış edən yazılardan daha maraqlı olur və səriştəli bir redaktor və üslübiyyatçı əlindən keçsə dəyərli əsərə çevrilir.
“Sirli gedişlər” romanında yeddi bacının həyatı əks etdirilir. Romanın mərkəzində bacılardan biri Leylanın həyatı, uşaqlıqdan başlayaraq keçdiyi yollar, yüksələn xətlə, canlı bir dinamika ilə təsvir edilir. Həyat öz qeyri-adiliyi, gözlənilməzliyi və hər insan taleyində yeni bir şəkildə qol-qanad açıb şaxələnməsi ilə uydurulması mümkün olmayan sujetlərlə doludur. Müəllif iştirakçısı və şahidi olduğu olayları bir hüquqşünas səriştəsi ilə qələmə alır. Oxucu hadisələrin gələcək davamını intizarla, səbrlə gözləyir; həyatın əsər qəhrəmanlarını hansı sınaqlardan keçirəcəyini, hara aparacağını izləyir. Romanın qəhrəmanlarını, o cümlədən Leylanın həyatı insanı düşündürən və yaşadığımız dünyanın hər cür gözlənilməz olaylarına hazır olmağa sövq edən motivlərlə zəngindir. Leyla ailəsinin istəyini qəbul etmədən, öz arzusu və bacarığına uyğun olaraq hüquqşünaslıq yolunu seçir. Qanunun aliliyinin qorunmasına xidmət, çətinliklərlə üzləşən insanlara kömək yolunu seçir. Onun əsas amalı xeyirxahlıqdır. Kasıbların, kimsəsizlərin, imkansızların, maddi sıxıntı keçirənlərin, haqsızlıqlarla üzləşənlərin müdafiəçisi kimi şərəfli bir yol tutsa da, həyatın paradoksu olaraq özü də haqsızlıqlarla, təhdidlərlə, şər və böhtanla üzləşir; lakin ədalət uğrunda mübarizədə öz əqidəsindən geri çəkilmir. Mən Azərbaycan şahmat federasiyasının yaradılmasında iştirak etmiş və bir müddət federasiyanın prezidenti olmuşam. Romanda başqa adla təqdim edilən, bir neçə dəfə Azərbaycan çempionu olmuş gənc qroysmestri, yəni romanın qəhrəmanının oğlunu yaxşı tanıyır və onun şahmata həsr olunmuş uşaqlıq və yeniyetməlik illərini xatırlayıram. Əslində bu romanın yazılmasına hüquqşünas xanımı – şahmatçı anasını həvəsləndirən də elə oğlunun bu zəka idmanı sahəsində qazandığı uğurlar olmuşdur.