KitabYurdu » Kitab » Ədəbiyyat » TOVUZ DÖYÜŞLƏRİ: İYUL ŞƏHİDLƏRİ


Şeçilmişlər TOVUZ DÖYÜŞLƏRİ: İYUL ŞƏHİDLƏRİ

TOVUZ DÖYÜŞLƏRİ: İYUL ŞƏHİDLƏRİ PDF
ADI:
Tovuz döyüşləri: İyul Şəhidləri
REYTİNQ:
  • +15
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
04.05.2021
ÖLÇÜSÜ:
285 Kb
Kitabda Tovuz döyüşləri haqqında məlumat, hadisələrin xronologiyası və gedişatı verilib. Vətən uğrunda şəhid olan qəhrəman oğullarımız haqqında məlumat oxucular üçün təqdim olunub.

2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlər.
İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. 
Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, "Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində "UAZ" markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar". 
Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, "Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir".