KitabYurdu » Kitab » Dərslik » BÜDCƏ SİSTEMLƏRİ


Şeçilmişlər BÜDCƏ SİSTEMLƏRİ

BÜDCƏ SİSTEMLƏRİ PDF
ADI:
BÜDCƏ SİSTEMLƏRİ
REYTİNQ:
  • +2
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1 MB
Büdcə Sistemləri - Yeni iqtisadi sistemə keçid dövrünə daxil olan Azərbaycan Respublikasının maliyyə-kredit sistemində – o cümlədən, onun əsas həlqəsi olan büdcə sistemində əsaslı islahatlar aparılır. Demokratik prinsiplərə müvafiq olaraq mərkəzi hakimiyyət və yerli özünüidarə orqanlarının təsərrüfat və sosial-mədəni quruculuq fəaliyyətində mühüm dəyişikliklər baş verir və buna uyğun olaraq respublikanın maliyyə-büdcə-vergi qanunvericiliyi də yenidən qurulur və təkmilləşdirilir. Respublikanın iqtisadi sisteminin sağlamlaşdırılması və inkişaf etdirilməsinin əsas şərtlərindən biri dövlətin təşkilatçılıq rolunun gücləndirilməsidir ki, bu da başlıca olaraq dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olan büdcə vasitəsilə həyata keçirilə bilər. Respublikanın ayrı-ayrı regionlarında məhsuldar qüvvələrin hərtərəfli inkişaf etdirilməsi və yerli özünüidarə orqanları ilə birlikdə kiçik və orta sahibkarlığın inkişafına maliyyə yardımı göstərilməsi üçün dövlət büdcəsi xüsusi rol oynayır.