KitabYurdu » Kitab » Ədəbiyyat » AZƏRBAYCAN NAĞILLARI III CİLD


Şeçilmişlər AZƏRBAYCAN NAĞILLARI III CİLD

AZƏRBAYCAN NAĞILLARI III CİLD PDF
ADI:
AZƏRBAYCAN NAĞILLARI III CİLD
REYTİNQ:
  • +15
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
635 KB
“Azərbaycan nağılları”nın III cildində toplanmış nağıllarda da bütün başqa nağıllarımızda olan misilsiz bir keyfiyyət var: real aləm ilə xəyal aləminin vəhdəti və bu vəhdətə inam. Dünyaya və insana heyrət! Bu nağılların da qəhrəmanı tez böyüyür, tez kamala çatır. Onların qüdrəti sonsuzdur; arzuedilən -bütünlüklə gerçəyə çevrilir. Təbiətin ən möhtəşəm qüdrəti nağıl qəhrəmanının əzəmət və gözəlliyinə səcdə qılır.
Nağıl dünyası qəhrəmanın dünyasıdır. Qəhrəman bu dünyanın tacıdır. Həmin nağıl qəhrəmanı ki, minlərcə arzu olunan şəxslərin ümumiləşdirilmiş obrazıdır.
Ülviləşdirən, gözəlləşdirən, ideallaşdıran və eyni zamanda hədsiz eybəcərləşdirən, lənətləyən, inkar edən bu nağılların da bir qütbündə ülvi, gözəl xeyir dayanırsa, o biri qütbündə - eybəcər və mənfur şər durur. Bununla nağılvari təfəkkür sanki göstərir ki, yaxşı ilə yamanın, ülviliklə eybəcərliyin, xeyirlə şərin mübarizəsi bir dövrə, bir zamana sığan hadisə deyil, bütün bəşər tarixinə aid olan hadisədir.