KitabYurdu » Kitab » Vəli Məmmədov - Nəriman Nərimanov


Şeçilmişlər Vəli Məmmədov - Nəriman Nərimanov

Vəli Məmmədov - Nəriman Nərimanov PDF
ADI:
Nəriman Nərimanov
REYTİNQ:
  • +8
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
1957
ÖLÇÜSÜ:
1.59 MB
1870-ci il aprel ayının 14-də Tiflis şəhərində müsəlman qəbristanlığına gedən yolun üstündəki hündür qayaya bitişik yoxsul bir evdə bir uşaq dünyaya gəldi.
Heç kəs düşünməzdi ki,qaranlıq daxmada anasının laylası ilə yatan bu körpə böyüyəndə məşhur bir adam olacaq,onu adı böyük inqilabçılar və xadimlərin adı ilə bir cərgədə duracaqdır.
Bu uşaq sonralar Azərbaycanın ən yaxşı oğullarından biri kimi xalqına unudulmaz xidmətlər göstərmiş,təkcə vətənində deyil,Yaxın və Orta Şərqdə,Avropa və Afrika ölkələrində də azadlığın simvolu kimi tanınmışdır. O, Kommunist partiyası və Sovet dövlətinin görkəmli xadimi, müəllim və həkim, jurnalist və diplomat, yazıçı və publisist... Nəriman Nəcəf oğlu Nərimanov idi.
Nərimanovun atası Kərbəlayı Nəcəf bacarıqlı, maarifpərvər, yoxsul olsa da, təmiz qəlbli bə hörmətli bir adam olmuşdur. Kərbəlayı Nəcəf tiflisli Hacı Məhəmməd Qasım Zamanovun qızı Həlimə xanımla evlənmiş, ömrünün sonuna qədər onunla mehriban həyat sürmüşdür. Onlar zamanın bütün acılarını birlikdə dadmış, yoxsulluqla dolanaraq öz uşaqlarını tərbiyə etmişlər. Nəcəf kişinin 9 övladı olmuşdu. Ən kiçik oğlana ulu babaları Nərimanın adını qoydular. Kərbəlayı Nəcəf böyük qardaşı Əlimirzə ilə qonşu idi; Əlimirzə tez-tez öz uşaqlarını və qardaşı uşaqlarını yığıb onlara Tiflisin tarixindən, görüb oxuduqlarından şirin-şirin söhbətlər edər, Hafizin, Sədinin, Vaqifin, Zakirin, Seyid Əzimin və başqa şairlərin şeirlərindən oxuyar və uşaqlara əzbərlədərdi. Nərimanın böyük qardaşı Salman bu şeirlərin vurğunu idi. Uşaqlar öz babaları haqda maraqlı söhbətlərə qulaq asardılar. Onların ulu babaları olan Nəriman XVII əsrdə Katexi valisi I Ġrakli zamanında sarayın eşik ağası olmuş, Kərbəlayı Nəcəf kişinin öz atası Allahverdi isə sənəti ilə çoxlarını özünə və xalqının musiqisinə valeh etmişdi. Hətta XIX əsrin əvvəlində yaşamış gürcü şairi Qriqol Orbeliani Allahverdi bəyin bütün Gürcüstanda məhşur xanəndə olduğunu öz müxəmməsində qeyd edir, gürcü yazıçısı ġahzadə Ġohan isə “Kalmasoba” dastanında onu Sayat Novaya bərabər tuturdu. Nərimangilin eyvanından bütün şəhər ovcunun içi kimi görünürdü. ġeyx Sənan dağı, Narın qala... Qədim Tiflisin bütün bu tarixi yerləri necə böyük qəhrəmanlığın, kədər və iztirabın şahidi, neçə-neçə qüssəli rəvayətin mənbəi olmuşdur! Ətraf kəndlərdən ġeytanbazarına axışıb var-yoxunu gətirən kəndlilərin cırıq-cındır paltarı, dilənçi uşaqların acınacaqlı görkəmi Tiflisin içindən keçib uzaqlara gedən Kür boyu sıldırım qayalar başında yerləşən Metex zindanındakı məhbusların iniltisi, kilsə zənglərinin sədasına qarışan zəncir səsləri, küçələrdə təmtəraqlı faytonlarda gəzən varlılar... bütün bu ağır səhnələr, bu təzadlar, həssas bir uşaq olan Nərimanın qəlbində dərin bir iz buraxırdı.