Amid Səlimoğlunun ikinci və ən ir ihəcmli kitabı olan "Kimsəsiz" romanında gizli təşkilat tərəfindən yetişdirilmiş üç insanın yaşadığı hadisələrdən bəhs edilir. Hekayənin baş qəhrəmanları Emin Səfərov, Leyla Karaca və Amir Rıskulbekov bilmədikləri bir sirrin ortaya çıxarılması üçün İstanbulda bir araya gəlirlər. Bu sirri aşkar etməyə çalışdıqları zaman keçmişdə baş vermiş hadisələrlə üzləşir və baş vermiş hadisələrin əslində özləri ilə əlaqəsini də ortaya çıxarırlar. Tarixin dərin qatlarına bir yerdə enən təşkilat üzvləri qarşılarına çıxan maneələri də bir yerdə dəf edirlər.
Psixoloji-dedektiv janrda yazılmış "Kimsəsiz" romanı özündə bir çox məlumatı birləşdirir. Amid Səlimoğlunun kitabın yazıldığı ərəfədə Türkiyədə yaşaması onun kitab üçün dərindən araşdırma aparmasına da köməklik göstərmişdir. Buna görə də oxucular kitabı oxuyarkən bir çox maraqlı faktlarla da qarşılaşacaqlar...
"Heç bir cümlə səbəbsiz yazılmamışdır".
Üç insan, üç həyat və onları birləşdirən hadisələr. Bu üç insanı bir araya gətirən nədir? Keçmişdə yaşadıqlarımı, yoxsa gələcəyin sirlərlə dolu gerçəklərimi? Ayrı-ayrı ölkələrin vətəndaşları olan Emin Səfərov, Leyla Karaca və Amir Rıskulbekov İstanbulda niyə bir araya gəldilər? “Gizli Otaq” onlardan nə istəyir? Sirlər gün üzünə çıxa biləcəkmi?