» » İnam, su və tezlik ilə müalicə


Şeçilmişlər İnam, su və tezlik ilə müalicə

İnam, su və tezlik ilə müalicə PDF
ADI:
İnam, su və tezlik ilə müalicə
REYTİNQ:
  • +10
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
1.16 Mb

İnam - ən yaxşı dərmandır. Bütün xəstəliklərin mənbəyi və nəticəsi zehindir.  Zehin kirliliyi olmasa xəstəlikllər ortaya çıxmaz. Tək bir sağaltma vasitəsi vardır, o da inamdır. Altşüurunuz həyat kitabınızdır. Bu kitaba hansı düşüncələri, inamları yazsanız, onları da yaşayarsınız. İçəridə nə yazarsanız, bayırda onu yaşarsınız. İnsan bütün gün nə düşünürsə odur. Başqa sözlə, altşüurunuza nə çatdırırsınız, Kainatın ekranında da o ifadə edilir.

Suyun yaddaşı var. Su insanın fikrini, emosiyalarını, sözlərini ötürmək iqtidarındadır. Bütün canlı varlıqlara inkişaf proqramı su vasitəsilə ötürülür. Həyatımızın bütün prosesi quruma prosesidir. İnsan bədəni də hər bir tərəvəz və meyvə kimi çox qaldıqda xarici görkəmini dəyişir, quruyur və qırışır.  Bədənimizin 70%-i sudan ibarət olduğu üçün suyun yaddaşından istifadə edərək müalicə almaq mümkündür.

Kainatda insan daxil hər şey enerjidir. Enerji daima titrəşir və tezlik yayır. Beləliklə var olan hər varlığın bir tezliyi var. İnsan bədəninin təbii titrəşmə səviyyəsi saniyədə  300 titrəşmədir. Eyni zamanda bədənimizdəki hər orqanın, hər hüceyrənin də özünə mixsus bir tezliyi var. Fiziki ətrafımızdan gələn bütün mənfi tezliklər hüceyrələrin funksiyasını pozur və tezliyini aşağı salır. Etməmiz gərəkən tək şey hüceyrələrimizin tezliyini yüksəldərək həyatımızı mütamadi olaraq yenilənməsini təmin etməkdən ibarətdir.


Tarix boyunca insanlar ziyarətgahlardan, kitablardan, tapınaqlardan, din adamlarından, üfürükçülərdən sağaldıcı bir gücün olduğunu öyrəndilər. Bu qəribə gücün müəyyən şərtlər altında çağrıla biləcəyinə və insanların çəkdiyi acıların azalacağına, xəstəliklərin sağalacağına inanırdılar. Bütün xalqların keçmişində bu inamı dəstəkləyən sübutlar vardır. Dünyanın ilk zamanlarında xəstələri sağaltmaq gücündən, din adamları və müqəddəs insanların istifadə edə bildiyinə inanılırdı. Bu insanların ilahi güclərdən faydalandığı bilinirdi. Xəstələri sağaltma vasitəsi və yöntəmləri bütün dünyada fərqli idi. Ancaq yalvarmalar və qurbanlar çox yayqınlaşmışdı. Müxtəlif törənlər hazırlanır, tilsimlərdən, üzüklərdən və simvollardan istifadə edilirdi. Misal üçün, qədim dövrlərdə din adamları xəstələrə dərmanlar verir və onlar yatarkən hipnoz texnikalarından istifadə edirdilər. Xəstəyə yuxuda Allahın onları ziyarət edəcəyi və sağaldacağı söylənilirdi. Nəticədə xəstələrin sağaldığı bilinirdi. Qədim zamanlarda insanlar altşüurun gücünü sərbəst buraxmaq və ondan istifadə etmək üçün bir çox vasitələrdən istifadə edirdilər. Bu vasitələrin işə yaradığını bilirdilər amma səbəbini və necə olduğunu bilmirdilər.