KitabYurdu » Kitab » Murad Muradov - Bal Köpüyü


Şeçilmişlər Murad Muradov - Bal Köpüyü

Murad Muradov - Bal Köpüyü PDF
ADI:
Bal Köpüyü
REYTİNQ:
  • +85
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
598 Kb
Bu kitabda Paytataxtan yetərincə uzaq məsafədə yerləşən qəsəbələrin birinə təyinatla həkim kimi işləməyə gələn Leylanın,orda kəndin dəlisi kimi tanınan Əzizlə birgə yaşamış olduqu ürəyləri sızladan,inanılmaz olaylar əksini tapmışdır.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Söz Allahın göydən endirib bizə  əmanət etdiyi  ən müqəddəs varlıqlardan biridir. Söz həyatdı, söz ölümdü! Söz döyüşdü, söz barışdı! Söz qılıncdı, yaralayar, söz məlhəmdi , şəfa verər! Söz heç nədə hər şeydi, söz yoxda vardı! Göydən enmiş  sözün tərifinə  yer adamının gücü çatmaz. Zaman‐zaman söz memarlarımız Allahdan  əmanət olunmuş  sözü göylərə  ucaltmış, Tanrı məqamına qaldırmış, yerə  enməyə  qoymamışlar. Onu ovxarlı, iti saxlamagı bacarmışlar. Ona görə də ən qatı savaşlar sözlə söndürülmüş, qılınc kəsməyəni söz kəsmişdir. Söz hər dövrün, tarixin,   xalqın, millətin mənəvi şəklini çəkmiş, zaman üzərindən keçirərək hər birimizin, gələcəyin görə bilməsi üçün daş kitabələr kimi sərgilənmişdir. Sözün Nizamisi, Füzulisi, Homeri, Markesi. Dostoyev‐ skisi, Aytmatovu olan qlobal  ədəbi məkanda nə  yazasan ki, söz utanmasın, müqəddəsliyinə  xələl gəlməsin, urvatdan düşməsin. Bir misra üzü gülsün, anası aglamasın! Bir çox dəyərlərin devalvasiyaya uğradığı, sözün dəyər‐ dən düşdüyü, alanından satanı çox olan söz bazarına hansı sözü və  hansı qiyafədə  çıxarasan ki,alıcısı olsun, həm də  müqəddəsliyinə xələl gəlməsin ?! Bu mənada hal‐hazırki zaman kəsiyində oxuculara, söz alıcılarına söz satmaq olduqca çətin görünə  bilər... Lakin həyat davam edir. Ədəbiyyat yaranır, inkişaf edir, şaxələnir. Hər yaradıcı insan öz istedadının sözlə yaradılmış  məhsulunu təqdim edir... Həmin Allahdan  əmanət edilmiş  sözdən yaranmış  istedad məhsulundan birini də  biz oxuculara gənc və  iste‐ dadlı yazarımız Murad Muradov “Bal köpüyü” adlı əsəri ilə  təqdim edir. Bir ailənin faciəsi və  bu faciə  fonunda insan psixologiyasının təlatümləri, həyatın çək‐çevirləri və  sevgi hissinin hər  şeyin fövqündə  dayanaraq xilaskara çevrilməsi lirik və özünəməxsus bir dillə təqdim edilir. Müəllif süjet xəttini qurarkən hadisələrin dramatikliyinə  xüsusi diqqət yetirmiş, oxucunu öz ardınca apararaq öz maraq dairəsində  və  gərginlikdə  saxlamaq üçün müxtəlif ədəbi priyomlardan istifadə etmiş və zənnimizcə diqqətəlayiq lirik‐psixoloji bir  əsər yaratmağa nail olmuş, qoca sözün üzünü bir anlıq da olsa güldürə bilmişdir. İnanıram ki, gənc nasir Murad Muradovun “Bal köpüyü” geniş oxucu kütləsinin  şirin təamına çevriləcək, və  onlar üçün faydalı olacaqdır. Müəllifə  uğurlu yol arzulayır və  onun  ədəbiyyatımıza yeni‐yeni yaradıcılıq nümunələri ilə  töhfələr verəcəyinə  inanıram. 
Sərvər Səmədov
heqiqetende coox maraqli kitabdi adam oxuduqca oxumaq isdeyir ..Murad qardas cox sagol elin qolun var olsun..in se Allah ardi gelsin 
  • 4 fevral 2019 22:09
  • Status:
Məhəmməd Orucov
Məhəmməd Orucov
  • 6
Əla. Əhsən sizə! Nə yaxşı ki, belə istedadlı, gənc yazıçılarımız var. Təşəkkürlər! Kitab insanı alıb aparır. Məsləhət görürəm hər kəsə 
  • 5 fevral 2019 11:19
  • Status:
Murad Muradov

Məhəmməd Orucov,Təşəkkürlər var olun


Sərvər Səmədov,Təşəkkürlər minnətdaram.
  • 5 fevral 2019 15:29
  • Status: İstidafəçi xətdə deyil
Aidə Xasıyeva
Çox maraqlı kitabdı.Oxudum zövüq aldım.Sanki film izləyirdim.Günlərlə təsirindən çıxmaq olmur.Kitab anlaşıqlı dildə yazılıb.Hadisələr oxuduqca göz önündə canlanır.Ağlamamaq göz yaşı axıtmamaq mümkün deyil.Hörmətli yazara təşəkkürlər.

  • 12 fevral 2019 18:59
  • Status: