KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Herman Hesse - "Demian" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Herman Hesse - "Demian" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Demain
REYTİNQ:
  • +14
MÜƏLLİF:
DİL:
FORMAT:
“Yalquzaq” , “Sidrhalta“, “Knulp“ kimi ədəbiyyat incilərinin müəllifi olan alman yazıçı Herman Hessenin yaradıcılığının daha bir parlayan ulduzu – “Demian
On yaşında olan Emil Sinclair, ətrafında olan insanlara nisbətən həyatın görünməyən üzünü daha tez başa düşməyə başlayır. Əsər, xoş xarakterə sahib dindar bir ailənin övladı olan Sinclairin öz taleyinin ardınca gedərkən yaşadığı qorxuları öz üzərində əks etdirir. Herman Hesse, Sinclairin özünü tanımağı uğrunda keçdiyi yolu aydın və sadə bir dil ilə izah etməyi bacarmışdı. Hermann Hessenin yaradıcılığı ilə tanış olmayan oxucuların bu əsər ilə başlaya biləcəklərini düşünürəm. Əsəri oxumamışdan öncə “fəlsəfə və mistika ”, “spiritüalizm” barədə məlumat əldə etməyinizdə böyük fayda var. Çünki, kitabın böyük bir fəsili bu mövzular ətrafında cərəyan edir və bu məlumatlar sizə əsəri daha yaxşı başa düşməyinizə kömək edəcək.
Hər nə qədər Sinclairdən bəhs etsək də, əsərin əsas baş obrazı sinifə yeni gələn şagird Demiandır. Məhz Demian sahib olduğu bilik və düşüncələrlə Sinclairi bir çox mövzuda, xüsusi ilə də din haqqında düşünməsinə, onu sorğulamasına və sahib olduğu cavablardan isə şübhələnməsinə səbəb olur. Demian, Sinclairin özünü tapmasına aparan bir yolda bələdçidir. Aralarındakı dostluq münasibəti, zaman və məkandan təsirlənərək mübahisələrə məruz qalsa da, ruhi mənada bir-birindən ayrılmadıqları və yenidən bir araya gələndə məlum olur. Demian və Sinclair arasındakı hiss və düşüncə mübadiləsi, Demianın mistik görkəmi və qüvvəsi, həqiqətən də oxunmağa və təsəvvür edilməyə dəyər.
Hesse Demain“ əsərini 1919-u ildə qələmə almışdır. Əsər çap olunarkən Herman Hesse “Emil Sinclair“ ləqəbindən istifadə etmişdir. Doğrusu, əsərin özündən daha çox onun necə ərsəyə gəlməyi maraqlıdır. Müəllifn həyatı haqqında bilik sahibi olan hamı, əsərdəki Emil ilə yazıçının oxşarlığını görə bilər: Latın dilini öyrənmək, ailənin din mövzusunda ona təzyiqi, din seminarından qaçmağı, intihara meyilli olması, özünü tanıma və öz yolunu tutmaq uğrunda mübarizəsi, din və Allah haqqında düşüncələri və s. Bundan başqa, Hessenin ailəsində baş verən bədbəxt hadisələr də onu çox sarsıtmışdır. Lakin dostu Gusto Graser və onun dostu xanım Elizabet onun ruhən yenidən canlanmağına, özünə gedən yolu açmağına (Demian kimi) səbəb olmuş və dostuna ithafən “Demian” əsərini qələmə almışdır. Elizabet isə əsərdəki Demianın anası Eva obrazı ola bilər. Bu üçlük arasında olan münasibət və bu münasibətin Hesse üzərindəki təsiri ona “Demian” əsərinin ideyasının necə gəldiyini göstərir.
Bu məlumatlara baxmayaraq, Gusto Graseri tanımadığımızdan Demianın məhz o olduğunu demək düzgün olmazdı. Lakin, bildiyimiz bir şey varsa o da Demianın, Emil Sinclairin içində olan başqa bir şəxsiyyətin insan vücudunda yansımağıdır. Hər birimizin içində Emil Sinclair obrazı olduğu kimi Demian obrazının da mövcudluğu qaçınılmazdır. Allahı, həqiqəti və kim olduğumuzu axtardığımız bu yola çıxan zaman əsl şəxsiyyətimiz də üzə çıxır. Ancaq tam olaraq “onu” başa düşmək və tanımaq insanlıq adına tayı-bərabəri olmayan bir xüsusiyyətdir və çox az sayda insana (bəlkə də heç kimə) nəsib olduğu aşkardır. Lakin sonda özümüzü və yaxud Allahı tapmasaq belə, əsas olan bu yola cəsarətli biri olaraq çıxmağımızdır.
“Hər insanın həyatı, onu özünə götürən bir yoldur, bir yol təcrübəsidir."
Heç bir insan tamamilə özü ola bilməmişdir, amma yenə də hər kəs gücü çatdığı qədər bu yolda irəliləyir. Bəziləri biraz daha gözü açıq, bəziləri isə biraz daha gözü qapalı.
Hermann Hesse - Demian