KitabYurdu » Kitab » Gəncənin dastanı ikinci kitab


Şeçilmişlər Gəncənin dastanı ikinci kitab

Gəncənin dastanı ikinci kitab PDF
ADI:
GƏNCƏNİN DASTANI (İkinci kitab)
REYTİNQ:
  • +12
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
3.8 Mb
Ədəbi-bədii, tarixi salnamə olan “Gəncənin dastanı-2” kitabı Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış şair Mikayıl Yanarın oxucularla onbirinci görüşüdür. Yaradıcılığının ana xətti Vətən, yurd sevgisi, yüksək insani münasibətlər, tarixi şəxsiyyətlər, sədaqət, vəfa, vətənpərvərlik, xeyirxahlıq üstündə köklənən şair, “Gəncənin dastanı-2” kitabında da vurğunu olduğu qədim Gəncənin keçmişini və bu gününü məhəbbətlə, sevə-sevə tərənnüm etmişdir. Kitabda Gəncənin tanınmış şairləri, yazıçıları, rəssamları, bəstəkarları, müğənniləri, heykəltəraşları, aktyorları, elm və təhsil işçiləri, partiya və dövlət xadimləri haqqında maraqlı yazılar toplanmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Yer üzünün müqəddəs, qədim şəhərlərindən olan ulu Gəncəni sevmək, bütün varlığınla bu şəhərə bağlanmaq üçün məhz bu şəhərdə dünyaya gəlmək o qədər də zəruri deyilmiş. Gəncədə bir neçə saat, bir neçə gün, bir neçə ay və nəhayət, bir neçə il yaşayan hər kəs bu şəhərin havası ilə, suyu ilə ulu diyarın müqəddəsliyini hiss edir, duyur, qanına hopur. Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlmişəm. Nizami yurdunda–qədim Gəncədə doğulmasam da, bu torpağın hər qarışı mənə doğmadır, əzizdir. Qədimliyi və müasirliyi özündə ehtiva edən, Gəncəmizin füsunkar gözəlliyini dünyanın poeziya günəşi, dahi şair və mütəfəkkir Nizami Gəncəvi qoynunda ərsəyə çatdığı bu müqəddəs şəhəri yaradıcılığı boyu tez-tez, poetik dillə təsvir edirdi: Gəncə Harut sehrli Babil deyil, bəs nədir? Ürəyim ulduzlara nur saçan bir Zöhrədir. Təsadüfi deyildir ki, dahi şair Şərqin ən qədim mədəniyyət beşiyi olan, bir çox tarixi şəxsiyyətlərin, şair və mütəfəkkirlərin yetişməsində müstəsna rol oynamış Babil şəhərini öz doğma Gəncəsi ilə müqayisə etmişdir. Özünün qədim, zəngin keçmişi, mədəniyyəti, dahi şəxsiyyətləri, tarixi abidələri, qəhrəman övladları ilə tanınan Gəncə şəhərində yaşamaq, onun müqəddəs torpağında gəzmək, göylərə boylanan, əzəmətli duruşu ilə şəhərə gözəllik qatan Xan çinarlarla hər gün görüşmək, bu diyarda yaşamaq Tanrının bizə bəxş etdiyi bir xoşbəxtlikdir. Bu gözəl şəhəri gəzdikcə, dolandıqca baş-başa verən çinar ağaclarının yarpaqları Şıx Nizaminin kəlamlarını pıçıldayır sanki bizə: Mirvarini inciyə çevirən dərya sayaq, Nizamini bətnində bəsləyən Gəncəyə bax! Artıq bir eraya yaxındır ki, poeziyaya, bədii sözə şəriksiz Peyğəmbərlik edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi xalqını, millətini yer üzündə tanıtmaqdadır. Kainatda olan on bir iqlim qurşağının doqquzu məhz Gəncə şəhərində yerləşir. İlin bütün fəsillərində özünəməxsus gözəllikləri ilə seçilən bu diyarın hər qarışında bir tarixi əfsanə uyuyur… Əbəs yerə deməmişlər ki, Gəncə aranın dağa açılan astanasıdır. Hər zaman gözəl olan, mülayim iqlim qurşağında yerləşən bu yerin insanları da özünəməxsus xarakterləri ilə seçilir. Tarix boyu zamanın sınağından igidliklə, mərdliklə çıxan bu yurdun övladları Gəncə xanı olan, şəhərini rus ordusundan qoruyarkən qəhrəmanlıqla həlak olan Cavad xanın, Bəndərin qeyrətindən, gücündən boy göstəriblər. El arasında tez-tez təkrarlanan «Aslanın erkəyi-dişisi olmaz» kəlamını Gəncə hökmdarının xanımı Tomris tarixən öz şəxsiyyəti, qorxmazlığı, sədaqəti və qüdrəti ilə sübut etmişdir. İran ordusunun hücumunu dəf edərkən Tomrisin oğlu həlak olur. Çox keçmir ki, Tomris öz qoşunu ilə İran hökmdarı Kirin ordusunu Gəncə yaxınlığında məğlub edir. Kiri öldürərək başını kəsən Tomris oğlunun qisasını alır.
Kitab Yeniləndi.