» » Kristalloqrafiya və minerologiya


Şeçilmişlər Kristalloqrafiya və minerologiya

ADI:
Kristalloqrafiya və minerologiya
REYTİNQ:
  • +22
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
11.5 MB

KRİSTALLOQRAFİYANIN ƏSASLARI

Mineralogiyanı öyrənən hər bir şəxs mineralların fəza quru­luş­ları haqqında dərin biliyə malik olma­lıdır.  Bunun üçün isə o, ilk növ­­bədə mineralların təyinində ge­niş tətbiq olunan morfoloji kristallo­qra­fiyanın əsaslarını bilməlidir”. 

E. Vittaker, “Krystalloqraphy” .  New York, 1981


Geoloji proseslər nəticəsində yaranan minerallar kristallik maddə sayılırlar. Kristallik maddədə hissəciklər (atomlar,ionlar) fəzada müntəzəm həndəsi qaydada yerləşməklə yanaşı,həm də bütün istiqamətlərdə qanuni təkrar olunurlar. Kristallik maddədə mineralda müşahidə olunan morfoloji və fiziki xassələr, bila­vasitə,onun fəza quruluşunun təbiətindən irəli gəlir.  Bununla əla­qədar olaraq kristallik maddələr aşağıdakı ümumi keyfiyyətlərlə səciyyələnirlər:

 

1. Bərk halda olma xüsusiyyəti. 

Kristallik maddələr yalnız bərk halda olurlar. Maye və qaz ha­lında olan maddələr sabit və müntəzəm fəza quruluşuna malik ol­madıqları üçün kristallik ola bilməzlər. Lakin bir sıra bərk mad­dələr də vardır ki, müntəzəm quruluşda olmamaları səbəbindən kristallik adlanmırlar.  Bunlara misal olaraq şüşəni,obsidianı gös­tərmək olar.

 

2. Anizotropluq xassəsi.

 Bu xassəni kristallik maddənin fəza quruluşunun aydın təza­hürü kimi qəbul etmək lazımdır. Anizotrop maddələrdə fiziki xas­sənin qiyməti istiqamətin funksiyası olur. Başqa sözlə, anizotrop maddənin hər hansı fiziki xassəsinin qiyməti istiqamət­dən asılı olaraq dəyişir. Kristallik maddənin anizotropluq xassə­sini onun xarici görünüşündə aydın görmək olur. Belə ki, mad­dənin fəza quruluşunda hissəciklərin yerləşmə həndəsindən asılı olaraq onun böyümə sürəti də müxtəlif olur
Hüseyn Səfərov
Hüseyn Səfərov
  • 2
Azərbaycan dilində yazdığınız üşün və ağır zəhmətinizə görə təşəkkür edirəm.
  • 8 fevral 2018 08:05
  • Status: