KitabYurdu » Kitab » Ədəbiyyat » Tural Cəfərli - Düşündürən Hekayələr


Şeçilmişlər Tural Cəfərli - Düşündürən Hekayələr

Tural Cəfərli - Düşündürən Hekayələr PDF
ADI:
Düşündürən Hekayələr
REYTİNQ:
  • +30
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
280 kb

Ən gözəl tamaşa

Uşaq vaxtı atamla sirkə getmişdik. Bilet satılan kassanın qarşısında uzun bir növbə var idi. Bizdən öndə ata, ana və 6 uşaqdan ibarət bir ailə dayanmışdı. Kasıb olduqları çox bilinirdi. Paltarları köhnə olsa da, çox təmiz idi. Uşaqlar sevincdən atılıb, düşürdülər. Sirkə gələ bildiklərinə görə çox xoşbəxt idilər.
 
 Bir azdan onlara da növbə çatdı. Ata kassaya yaxınlaşdı və biletin qiymətini soruşdu. Kassir ona biletin qiymətini deyəndən sonra kəkələməyə başladı. Dönüb həyat yoldaşının qulağına nələrsə pıçıldadı. Üzündən necə bir pis vəziyyətə düşdüyü oxunurdu.
 
 Qəfil atam cibindən 20 dollar çıxardı və yerə atdı. Sonra da əyilib yerdən qaldırdı və kişinin çiyninə toxunaraq:
 
 — «Pulunuz yerə düşdü, cənab» dedi. Kişi atama baxdı və gözləri dolaraq: «Təşəkkür edirəm, cənab» dedi.
 
 Onlar bilet alıb içəri girdikdən sonra atam mənim əlimdən yapışaraq növbədən çıxdı. Çünki atamın o kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi.
 
 O gündən sonra atamla fəxr etdim. O iki dəqiqədə izlədiyim anlar mənim həyatımda ən gözəl tamaşa idi. O gün izləyə bilmədiyim sirkdən daha daha gözəl bir tamaşa.
 
 Çarli Çaplin

Hər gün müəllimlər bayramı

Yaponiyada təzə işlədiyim vaxt kolleqam Yamomoto müəllimdən soruşdum:
 — Yaponiyada müəllimlər bayramı nə vaxtdı?
 Yamomota müəllim cavab verdi ki, bizdə müəllimlər bayramı olmur.
 Mənə qəribə gəldi. Ürəyimdə dedim bunlar necə adamdılar. Bu qədər iqtisadiyyat, elm və texnikada qabağa getdikləri halda niyə müəllim əməyinə hörmət qoymurlar.
 
 İşdən sonra Yamomota müəllim məni evlərinə qonaq çağırdı. Metroya minməli olduq. Metro basa-bas idi. Mən tez özümü bir küncə verib yerimi möhkəmlətməyə çalışırkən bir yaşlı adam ayağa qalxdı və yerini mənə təklif etdi. Mən oturmağı rədd etsəm də yaşlı kişinin çoxlu israrı ilə oturmalı oldum. Metrodan çıxandan sonra Yamomotadan ağsaqqalın niyə belə etdiyini soruşdum. Yamomota gülümsəyərək yaxamdakı müəllimlik nişanını göstərdi:
 — Ağsaqqal sənin müəllim olduğunu bildi və ona görə yerini sənə verdi. Təəccubləndim…
 
 Metrodan çıxıb evə doğru yönəldik. Yamomotagilə birinci dəfə idi gedirdim. Ona görə əliboş getmək istəmirdim. Bunu Yamomotaya dedim. O isə qarşıda xüsusi maqazin olduğunu və orda müəllimlərə hər şeyi güzəştli, ucuz qiymətlərlə satdıqlarını dedi.
 Təəccübümü gizləyə bilməyib soruşdum:
 — Necə yəni? Ora ucuz maqazindi yoxsa ancaq müəllimlərə ucuz verirlər.
 Yamomota cavab verdi:
 — Yox yalnız müəllimlərə.
 
 Yaponoyada müəllim ən hörmətli peşədir. Burda ümumiyyətlə bütün mağaza sahibləri sevinirlər ki, onların mağazasına müəllim gəlir. Onlar bunu özləri üçün şərəf bilirlər. Heç nə demədim. Bayaq niyə Yaponiyada müəllimlər bayramı yoxdu deyə bu ölkəni qınadığım üçün içimdə xəcalət çəkdim. Yaponiyada hər gün müəllimlər üçün bayram imiş…