KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Jo Nesbo - Qar adam


Şeçilmişlər Jo Nesbo - Qar adam

Jo Nesbo - Qar adam PDF
ADI:
Qar adam
REYTİNQ:
  • +103
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
3.39 MB
Həqiqətən, ilk qarın öz füsunkarlığı var. O, sevgililəri görüşdürür, səsləri batırır, kölgələri uzadır, izləri gizlədir. Harri Hole itkin düşmüş Birta Bekkeri axtara-axtara belə bir nəticəyə gəlir ki, ilk qar yağan günü Norveçdə neçə illərdir ərli qadınlar izsiz itirlər.
İlk dəfədir Harri silsilə qətllər törədən qatillə öz vətənində üzləşir. Qəzetlərin “Qar adam” ləqəbi verdikləri cinayətkar, sanki baş inspektora bilərəkdən sataşır, onu dəli olmaq dərəcəsinə gətirib çıxarır...
Çərşənbə günü, 5 noyabr 1980-ci il. Qar adam
Həmin gün qar yağırdı. Səhər saat on birdə gözlənilmədən solğun səmadan lopa-lopa qar düşməyə başladı - elə bil paralel dünyadan olan düşmən armadası Rumerikenin torpaq sahələrini, bağ və qazonlarını döyüşsüz zəbt etmişdi. Artıq saat ikidə Liilestremdə qar təmizləyən maşınlar işləyirdi, üçün yarısında isə noyabr qarı pərqu yorğan kimi ətrafdakı təpələri örtmüşdü və bu vaxt Sara Kvineslann, Kolloveyen küçəsi boyu yerləşən villaların arası ilə öz «Toyota-Korolla»sını asta-asta, ehtiyatla sürürdü.
Günün gündüzündə evləri tanıya bilməmişdi, o hətta onun qarajına giriş yolunun yanından ötüb keçmişdi. Sara qəfildən əyləci basdı, maşın sürüşdü, arxa oturacaqdan qışqırıq səsi eşidildi. Güzgüdə oğlunun narazı sifəti göründü.
- Dostum, mən indi qayıdıram, - qadın dedi.
Qarajın önündə qarın içində böyük düzbucaqlı
dördbucaq şəklində asfalt qaralırdı. O anladı ki, burada qonşunun avtomobili dayanıb. Onun boğazı qurudu: təki gecikməyim!
- Bəs burada kim yaşayır? - oğlan soruşdu.
- Heç, elə belə bir tanış adam var, - Sara cavab verdi və qeyri-iradi güzgüyə baxaraq saçını qaydaya saldı. - Dostum, uzaqbaşı on dəqiqə olmayacağam. Açarları saxlayıram, əgər istəsən, radioya qulaq
asarsan.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Gulcan M
Gulcan M
  • 9
Bu kitabi Azerbaycan dilinde tapa bilimirdin. Burda yerlesdirenlere ve hazirlayanlara minnetdaram. axir ki oxuya bilecem.
  • 30 yanvar 2017 00:18
  • Status: