KitabYurdu » Mühazirə » Fəlsəfə » Dayaz Fanzin (karantin sayı)


Şeçilmişlər Dayaz Fanzin (karantin sayı)

Dayaz Fanzin (karantin sayı) PDF
ADI:
Dayaz Fanzin (karantin sayı)
REYTİNQ:
  • +2
DİL:
FORMAT:
ÖLÇÜSÜ:
828 kb
"Dayaz" fanzinin karantin sayında dövrümüzün ən dəyərli intelektualları hesab edilən insanlardan bəzilərinin yazılarını oxuyacaqsınız. Hazırda içində olduğumuz pandemiya vəziyyətinə yanaşmasına görə ən çox fərqlənən filosoflardan biri Corco Aqamben oldu. O, keçən ilin fevral ayında yazdığı  "COVID-19: Əsaslandırılmamış fövqaladə vəziyyətin yaratdığı istisna hal" yazısında dövlətin "istisna hal" tətbiq etmək üçün virusu şişirtiyini və onu bəhanə kimi istifadə etdiyini yazdı. Hətta konspirasiya nəzəriyyələrindən heç də geri qalmayan fikirlər səsləndiridi. Xatırladaq ki, bu məqalə dərc ediləndə İtaliyada yoluxma sayı elə də çox deyildi. Amma sonradan yoluxmalar nə qədər pik hədlərə çatsa, ölümlər çoxalsa da, Aqamben öz fikrindən daşınmadı. Əksinə, bu haqda bir neçə yazı yenə yazıb öz fikrini əsaslandırmağa çalışdı("Həyatda qalmaqdan başqa dəyərə sahib olmayan bir cəmiyyət nədir?", "Epidemiya haqqında düşüncələr", "Bir sual"). Aqambenə ilk cavabı isə Jan-Lyuk Nensi "Viral istisna" yazısıyla verdi. Roberto Esposito isə "Tamamilə müalicə edənədək" adlı yazısında hər iki filosofu hadisələri qabaqlamaqda günahlandırdı və belə üzünmüddətli hadisələri şərh etmək üçün tələsməməyi tövsiyə etdi. Aqambenə cavab verənlərdən biri də "Nəzarət etmək və cəzalandırmaq? Bəli, xahiş edirəm!" yazısıyla Slavoy Jijek oldu. Jijek bu geniş yazısında Aqambenin fikirlərini tənqid etməklə kifayətlənmir, həm də pandemiyaya geniş aspektən yanaşaraq çıxış yolu kimi yeni növ kommunizmi təklif edir. 
Filipp Sarasin isə "Fuko pandemiyanı anlamağımıza necə kömək edə bilər?" adlı məqaləsində Aqambenin başlatdığı fəlsəfi müzakirənin mərkəzində dayanan "biopolitika" anlayışına elə bu anlayışı ortaya atmış Fukonun gözüylə baxmağa çalışır. "Epidemiya vəziyyəti haqqında" adlı yazıda isə məşhur fransız filosof Alen Badyunun epidemiya haqqında fikirləni oxuyacaqsınız. Coğrafiya, antropologiya professoru və marksizmin dəvamçılarından olan Devid Harvi "Bir anti-kapitalist koronavirus böhranı haqqında nə düşünər?" başlıqlı yazısında yazının da adından məlum olduğu kimi bir marksist olaraq öz fikirlərini səsləndirir.  Sonda isə Slavoy Jijekdən və Noam Çomskidən alınan iki müsahibə təqdim edirik.