KitabYurdu » Kitab » İqtisadiyyat » İQTİSADİ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ


Şeçilmişlər İQTİSADİ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ

İQTİSADİ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ PDF
ADI:
İQTİSADİ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ EDİLMƏSİ
REYTİNQ:
  • +1
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
1.39 MB
Dərslikdə iqtisadi risklərin mahiyyəti, növləri, yaranma mənbələri və funksiyaları barədə geniş nəzəri məlumatlar verilmişdir. Risklərin yaranması səbəblərindən biri olaraq qeyri-müəyyənliyin ekzogen və endogen amilləri araşdırılmış, eləcə də risklərin azaldılmasının ümumi metodları şərh edilmişdir.
Risklərin iqtisadi fəaliyyətin qaçılmaz elementi olmasını nəzərə alaraq dərslikdə maliyyə, investisiya, kommersiya və bazar risklərinin qiymətləndirilməsinin praktiki aspektlərinə xüsusi diqqət yetirilmişdir. Burada risklərin müxtəlif səviyyələrində təsərrüfat subyektlərinin davranış modelləri, eyni zamanda risk dərəcələrinin müəyyən edilməsinin ı iyazi-statistik metodları öyrənilmişdir. Risk şəraitində davranış modellərinin fərqliliyini nəzərə alaraq risklərin idarə edilməsində şəxsiyyət amilinin rolu araşdırılmışdır. Nəticə etibarilə, dərslikdə iqtisadi risklərin müxtəlif növlərinin qiymətləndirilməsi və idarə edilməsi üzrə zəruri, nəzəri və təcrübi biliklər öz əksini tapmışdır.
Dərslik iqtisad profilli ali və orta ixtisas məktəblərinin tələbələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin rəhbərləri və menecerləri üçün dəyərli yardımçı vasitə ola bilər.