KitabYurdu » Kitab » Tarix » ƏBU ƏLİ HƏSƏN İbn ƏLİ XACƏ NİZAMÜLMÜLK SİYASƏTNAMƏ


Şeçilmişlər ƏBU ƏLİ HƏSƏN İbn ƏLİ XACƏ NİZAMÜLMÜLK SİYASƏTNAMƏ

ƏBU ƏLİ HƏSƏN İbn ƏLİ XACƏ NİZAMÜLMÜLK SİYASƏTNAMƏ PDF
ADI:
Siyasətnamə
REYTİNQ:
  • +10
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
1.28 MB
Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuş, Səlcuqilər dövlətinin genişlənib möhkəmlənməsində, ölkənin iqtisadi qüdrətinin artırılmasında, ordunun qüvvətlənməsində, abadlıq işlərinin aparılmasında, elm və mədəniyyətin yüksəlməsində çox böyük işlər görmüşdür. Bu dövrlərdə, mübaliğə etmədən demək olar ki, dövləti sultanlar deyil, Nizamülmülk idarə edirdi. 
Nizamülmülk daxili dövlət işlərilə yaxından məşğul olmaqla bərabər, xarici siyasətə istiqamət verir, din-şəriət qayda-qanunlarına dəxalət edir, məzhəb və təriqətləri öyrənmək, dövlət və din xadimləri hazırlamaq məqsədilə xüsusi mədrəsələrin açılmasına təşəbbüs göstərir və böyük maddi yardım edirdi. Bu mədrəsələr Sonralar «Nizamiyyə» mədrəsələri adı altında şöhrət tapmışdı. Bunların ən məşhuru bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar,hüquqşünaslar və şairlər hazırlamış Bağdad nizamiyyəsi sayılırdı. Bu mədrəsələr Nizamülmülkün ölümündən Sonra da öz fəaliyyətlərini davam etdirmiş və ġərq ölkələrinə böyük şəxsiyyətlər vermişdir. Sədi Şirazi kimi bir şairin məhz Bağdad nizamiyyəsi divarları arasında yetişdiyini qeyd etmək kifayətdir.