» » » Aksizlər (xüsusi istehlak vergisi)


Şeçilmişlər Aksizlər (xüsusi istehlak vergisi)

Aksizlər (xüsusi istehlak vergisi) PDF
ADI:
Aksizlər (xüsusi istehlak vergisi)
REYTİNQ:
  • +4
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
977 Kb
Monoqrafiyada aksizlərin yaranma tarixi, aksizli malların seçilmə xüsusiyyətləri, iqtisadi, ekoloji və təhlükəsizlik nöqteyi-nəzərindən mahiyyəti açıqlanmış, universal aksizin spesifik forması olan dövriyyədən aksiz vergisi, onun digər universal aksiz formalan olan satışdan və əlavə dəyər veıgisindən fərqi, büdcə gəlirlərinin formalaşmasında rolu tədqiq edilmiş, aksizlərin tətbiqi formalannm müqayisəli təhlili aparılmış, aksizlərin inzibatçılığı və ona nəzarət, aksiz vergitutmasında harmonizasiya məsələləri araşdınimışdu. Monoqrafiyada aksizlərin bir çox elementlərinə müəllifin xüsusi yanaşmalan verilmiş, onun Azərbaycanın vergi sistemindəki əhəmiyyəti və xüsusiyyətləri təhlil edilmişdir. Monoqrafiya vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər. Monoqrafiya 6 fəsildən, 46 bölmədən, 160 səhifədən ibarətdir.
Müasir dövrdə istehlak vergilərinin ən geniş yayılmış növlərindən biri aksizlər - xüsusi istehlak vergisidir (XİV). XİV yüksək rentabelli, insan sağlamlığına və ekoloji ziyanlı məhdud sayda məhsullann ya qiymətinə (advolar), ya natural miqdanna (spesifik), ya da qarışıq (həm qiymət, həm də natural miqdanna) tətbiq edilən, həmin malları istehsal edən və satan iqtisadi subyektlərdən tutulan dolayı vergi növüdür. Bütün dolayı (universal) vergilər kimi XİV də əmtəənin qiymətini formalaşdırır və faktiki olaraq onun ödəyicisi qismində istehlakçılar (alıcılar) çıxış edir, yəni həmin mallan istehsal edən və satan iqtisadi subyektlər həmin vergilərin toplanmasında vasitəçi rolu oynayu"lar. İqtisadi mahiyyətinə görə həm birbaşa vergilər, həm də istehlaka tətbiq olunan (dolayı) vergilər artıq vergi yükü yaradır və ona görə də prinsipcə eynidir. Lakin vergitutma nöqteyi-nəzərindən birbaşa vergilər gəlirlərin formalaşmasına davamlı təsir göstərdiyi halda (həm gəlirin ilkin, həm də sonradan divident, faiz və s. mərhələsində təkrar təsir) universal vergilərin gəlirə təsiri neytraldır, yəni yalnız istehlak zamanı bir dəfə tətbiq olunur. İnstitutsional nəzəriyyəyə görə ictimai seçimin gəlir vergisinə və ya istehlak vergisinə üstünlük verməsi təkcə onlann doğurduğu əlavə vergi yükü ilə bağlı deyil, eyni zamanda bu seçimi edənlərin ölkədə mövcud demoqrafik vəziyyətindən və yaş strukturundan asılıdm* Vergitutmanın problemləri müxtəlif dövrlərin iqtisadçıları, filosoflan, dövlət xadimlərinin diqqət mərkəzində olmuşdur. Əmək-dəyər nəzəriyyəsinin yaradıcıları dolayı vergitutmanın üstünlükləri haqqında aşağıdakılan qeyd edirlər:** • birincisi, ədalət tələb edir ki, hər bir şəxs istehlak etdiyi qədər vergi ödəməlidir; • ikincisi, əgər bu vergi müntəzəm yığılırsa, qənaətçiliklə sərf edilirsə ölkənin varlanmasına gətirib çıxanr; • üçüncüsü, heç bir şəxs bir dəfə istehlak etdiyi mal və xidmətə görə iki dəfə vergi ödəməməlidir; • dördüncüsü, ödənişin belə bir forması hər an ölkənin inkişafı, iqtisadi artımı, sənayesi haqqında məlumat əldə edilməsinə imkan verir.
Monoqrafiyada universal veıgilərin xüsusi forması olan aksizlərin (XİV) yaranma tarixi, əhatə dairəsinin seçilmə xüsusiyyətləri, iqtisadi, təhlükəsizlik və ekoloji mahiyyəti açıqlanmış, onların tətbiqi formalanna baxılmışdır. Aksiz (XİV) vergitutmanın inzibatçılığının qanunvericilik aspektlərinə, əsas elementlərinin müəyyən edilməsinə, mallann mənşəyinə, ixracına, tranzit xüsusiyyətlərinə görə tətbiq və əvəzləşdirmə proseslərinə xüsusi diqqət yetirilmişdir. Azərbaycanın vergi qanunvericiliyində aksizin (XİV) tətbiqi və inzibatçılığı beynəkalq təcrübə nəzərə alınmaqla təhlil edilmiş, XİV veıgitutmasmda harmonizasiyanın potensial üsullan araşdmimış və tövsiyələr verilmişdir. Monoqrafiyada aksizlərin (XİV) tətbiq olunma prosesinin modelləşdirilməsinə və vergi potensialmm qiymətləndirilməsinə xüsusi diqqət yetirilmiş, tətbiq olunma formalarmdan asılı olaraq aksiz (XİV) daxilolmalarının bir məhsullu və çox məhsullu rəqabətli bazarlarda proqnozlaşdınimasmm ekonometrik və optimallaşdırma modelləri təklif edilmişdir. Bir çox yanaşmalar Azərbaycan Respublikasmın vergi qanunvericiliyinin tələbləri və statistik məlumatlan əsasında müvafiq qrafik və misallarla əsaslandmimışdır. Monoqrafiyada Azərbaycan Respublikasmın Vergi Sistemi aksiz (XİV) siyasətinin və inzibatçılığının səmərəliliyini yüksəltməyə imkan verən tövsiyələr öz əksini tapmışdır. Kitabm yazılmasında və çapa hazırlanmasında köməyi olanlara ilk növbədə vergi xidməti əməkdaşları Yunis Quliyev, Zaur Quliyev və mənim köməkçim Taleh Ağayevə minnətdarlığımı bildirirəm. Kitabın redaktoru iqtisad elmləri üzrə fəlsəfə doktoru., dosent. Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin Təhlil şöbəsinin rəisi Zahid Rzayevə göstərdiyi köməyə və kitabda əks olunan materiallann keyfiyyətinin yaxşılaşdınimasmdakı dəyərli tövsiyələrinə görə xüsusi minnətdarlığımı bildirirəm.