KitabYurdu » Kitab » Tarix » AZƏRBAYCAN TÜRKLƏRİNİN TƏŞƏKKÜLÜ TARİXİNDƏN


Şeçilmişlər AZƏRBAYCAN TÜRKLƏRİNİN TƏŞƏKKÜLÜ TARİXİNDƏN

AZƏRBAYCAN TÜRKLƏRİNİN TƏŞƏKKÜLÜ TARİXİNDƏN PDF
ADI:
AZƏRBAYCAN TÜRKLƏRİNİN TƏŞƏKKÜLÜ TARİXİNDƏN
REYTİNQ:
  • +2
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
1994
ÖLÇÜSÜ:
2 MB
Azərbaycan xalqının mənşəyi problemi əsrimizin 30- cu illərinin zillətli qeyri-milli siyasətilə yanlış bir istiqamətə yönəldildi. Aydındır ki, Azərbaycan xalqı deyiləndə, onunçoxsaylı türk dilində danışan əhalisi nəzərdə tutulurdu. Həmin dövrün ortalarında bu xalqın mənşəyi problemi heçə endirildi, türk və türk dili‖ sözləri azərbaycanlı və Azərbaycan dili sözləri ilə əvəz edildi. Azərbaycan türk xalqı və dili yer adını təmsil edən ümumi məfhum içində əridildi.Azərbaycan xalqının yetkinləş məsi gedişində türk etnoslarının iştirakı tədqiqat obyekti kimi sönükləşdi,adda-budda eşidilən səslər isə siyasi yollarla kəsildi. Midiyalılar Azərbaycan xalqının əcdadları kimi qələmə verilməyə başlandı. 30-cu illərdə xarici elmi ədəbiyyatda midiyalıların mənşəyi barədə iki fikir mövcud idi. Bir fikrə görə onlar İran (fars) dillərinin birində, digər fikrə görə yerli qədim dillərin birində,yaxud elam dilinə yaxın bir dildə danışırdılar.Sovet və Azərbaycan elmində ikinci müddəa üstünlük təşkil edirdi. Lakin 60-cı illərdə bu müddəanı birinci fikir, yəni midiyalıların irandilli olması fikri üstələdi. Azərbaycan xalqının mənşəyi problemi dolaşdırıldı, tədricən iran dilli etnoslar onun mənşəyində iştirak edən əsas etnik komponent kimi təbliğ edilməyə başlandı. Bu yalnış və subyektiv mülahizəni diletant tərəfdarları (müstəqil tədqiqat işi aparmayan tərəfdarları) çoxaldı.Nəticədə hələ 20-ci illərdə İran, sonra Sovet tarixşünaslığında meydana gelmiş türk etnoslarının Azərbaycana XI-XII əsrlərdən etibarən gəlməsi ideyası yenidən baş qaldırdı. Bu əsassız ideyanı əbədiləşdirmək istəyən qüvvələr müəyyən siyasi məksəd güdürdülər: guya Azərbaycan türkləri bu əraziyə gəlmədilər. Bu minvalla Azərbaycanın şimal hissəsi qədimdə Dağıstan dili (ləzgi, udi-udin dilli) əhalinin məskəni olması və sonralar onların türkləş məyə məruz qalması ideyası tədricən ortaya atıldı. Köhnə fikirlər heç bir tədqiqat işi aparılmadan yenidən canlandırıldı. Eyni zamanda 60-cı illərdə türk etnoslarının Azərbaycanda XI-XII əsirlərdən əvvəl yaşamaları barədə ilk tədqiqatlar aparılmağa başlandı. Yeni tədqiqat istiqamətləri meydana gəldi. 70-ci illərdə erken orta əsr qədim erməni qaynaqlarında türk mənşəli sözlərin, şəxs və yer adlarının ayırd edilməsi sahəsində mühüm iş görüldü. Sübut olundu ki, erkən orta əsrlərdə Azərbaycan ərazisində müxtəlif etnik ad altında türk etnosları yaşayırdı, oğuz dilləri əsasında Azərbaycan türk dili yetkinləşirdi və ünsiyyət vasitəsinə çevrildi. 80-ci illərdə bu istiqamətdə tədqiqatlar davam etdirildi. Bu dövürdə yeni bir istiqamətdə araşdırmalar aparılmağa başlandı.