KitabYurdu » Kitab » Tarix » Borcalı dünən bu gün ve sabah


Şeçilmişlər Borcalı dünən bu gün ve sabah

Borcalı dünən bu gün ve sabah PDF
ADI:
Borcalı dünən bu gün ve sabah
REYTİNQ:
  • +5
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
575 Kb
Kitabda Gürcüstanın Borçalı və ona bitişik bölgələrində tarixən məskun olan türklərin tarixi, etnoqrafiyası araşdırılır, 1980-ci illərin sonlarından başlanan etnik proseslərin çeşidli istiqamətləri, aqrar və təhsil sahəsindəki problemlər təsvir edilir, onların həlli yolları göstərilir. Kitab araşdırmaçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
Oxucuların xahişi ilə təkrar nəşr olunur. Yeni nəşrdə bəzi bölmələr yenidən işlənmişdir.
Qafqazlarda 1980-ci illərdən pozulan stabillik hələ bərqərar olmayıb. Cənub Qafqazın üç kiçik dövlətində dörd güc mərkəzinin və aktor dövlətin maraqları toqquşur. Buna görə də ortada bölgənin təhlükəsizliyi ilə bağlı hələ ki, optimal bir stabillik modeli yoxdur. ABŞ Cənub Qafqazı «milli maraqlar bölgəsi», Rusiya «üstün yaxın xarici siyasət bölgəsi», Türkiyə «təbii və strateji maraqlar bölgəsi», İran «dövlət təhlükəsizliyi bölgəsi» hesab edir. Yeni beşinci maraq mərkəzi də öz iddiasını ortaya qoyub. Avropa Birliyi «Yeni Qonşuluq Siyasəti» fəlsəfəsi ilə çıxış edir. Bu fəlsəfənin məntiqinə görə hər dörd maraq fərdi, eyni zamanda siyasi, iqtisadi, strateji və geopolitik xarakter daşıyır. AB-nin maraqları isə kollektiv maraqdır və əsasən humanist xarakterə malikdir, yəni vətəndaş cəmiyyəti problemlərinin həllini, demokratiyanın inkişafını hədəf götürüb. Lakin «Yeni Qonşuluq Siyasəti»nin zəif cəhətləri də az deyil. AB-nin təməl dövlətlərindən hesab olunan Fransa və Niderland Birliyin əsas qanunu məsələsində fərqli, yəni neqativ mövqedən çıxış etdi. Digər tərəfdən Cənub Qafqaza yönəlik siyasətdə hələ qeyri-müəyyənliklər, dumanlı təsəvvürlər çoxdur. Cənub Qafqazın üç dövlətinin Avropa məkanına inteqrasiyasını istəyən AB Azərbaycana, Gürcüstana və Ermənistana eyni prizmadan yanaşır. Lakin bu dövlətlərin daxilindəki etnik və dini situasiyalar fərqli olduğundan onlara eyni meyarlarla və prinsiplərlə yanaşma nöqsanlıdır. Məsələn, Gürcüstan etnik və dini baxımdan çox polifonik bir dövlətdir və vətəndaş inteqrasiyası məsələsində daha ciddi problemlərlə üzləşib.
Geopolitik baxımdan önəmli mövqe tutan Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar. İki dövlət arasında bu tərəfdaşlığın güclənməsinə hüquqi imkanlar yaradan müqavilələr bağlanıb. Müstəqillik dönəmlərində Gürcüstanla Azərbaycan arasında ilk əməkdaşlıq müqaviləsi 1993-cü ildə Bakıda imzalandı.