» » Antik ədəbiyyat antologiyası II cild


Şeçilmişlər Antik ədəbiyyat antologiyası II cild

Antik ədəbiyyat antologiyası II cild PDF
ADI:
Antik ədəbiyyat antologiyası II cild
REYTİNQ:
  • +18
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2006
ÖLÇÜSÜ:
1.2 MB
Oxuculara təqdim olunan “Antik ədəbiyyat antologiyası”nın ikinci cildinə qədim Roma ədəbiyyatından nümunələr daxil edilmişdir. Kitab iki bölmədən ibarətdir. “Respublika dövründə Roma ədəbiyyatı” bölməsində Tit Mak Plavt, Publi Terensi, Mark Tuli Siseron, Qay Valeri Katul, “İmperiya dövründə Roma ədəbiyyatı” bölməsində isə Publi Vergili Maron, Kvint Horasi Flakk, Ovidi Nazon, Seneka, Petroni, Fedr, Yuvenal, Tassit, Apuley kimi müəlliflərin əsərləri verilmişdir.Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab antik ədəbiyyat antologiyasının ikinci cildidir. Bu cilddə qədim Roma ədəbiyyatı nümunələri toplanmışdır.Roma ədəbiyyatı da, qədim yunan ədəbiyyatı kimi quldarlıq cəmiyyəti şəraitində yaranmışdır. Roma quldarlıq cəmiyyəti, qədim Yunanıstana xas olan eyni inkişaf mərhələlərini keçirmiş, lakin onun inkişaf və tənəzzülü başqa bir zamanda və coğrafi şərait içində cərəyan etmiş, tamamilə başqa bir sürətə malik olmuşdur. Bu cəhətdən Roma quldarlıq cəmiyyətinin tarixi, bəzi spesifik xüsusiyyətləri ilə yunan cəmiyyətindən fərqlənir. Roma bir dövlət kimi tarix meydanına çıxdıqdan sonra öz keçmiş mövqeyini itirən Yunanıstanı, vaxtı ilə onun və Makedoniyanın himayəsində yaşayan ölkələri, Karfageni işğal edib müstəmləkəyə çevirir, böyük dəniz dövləti olur. Sonralar Roma quldarlıq cəmiyyətində sinfi təzadlar o qədər gərginləşir ki, ən nəhayət dünya tarixi miqyasında antik cəmiyyətin məhvi və yox olması ilə nəticələnir. Qədim Roma ədəbiyyatında, həmin ictimai quruluşun inkişaf və tənəzzül prosesini və bunun ən əsas lövhələrini görmək mümkündür.