KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Somerset Moem Ay Və Qara Qəpik


Şeçilmişlər Somerset Moem Ay Və Qara Qəpik

Somerset Moem Ay Və Qara Qəpik PDF
ADI:
Ay Və Qara Qəpik
REYTİNQ:
  • +30
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
1.54 MB
Romanda bütünlüklə özünü sənətə vermiş insanın yaratmaq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla müqayisədə bir qara quruşa dəyməyən bayağı var-dövlət meşşanlığı üz-üzə qoyulur. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır. Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəddarlıq - eyni bir şəxsdə bu sifətlərin olması mümkündürmü? Dahiliklə əclaflıq bir araya sığa bilərmi? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə hesablaşmalıdırmı? “Yaradıcı adamın içində bir iblis də var” - bu deyim doğrudurmu? Görkəmli ingilis nasiri S.Moem kitabda bu problemləri bədii bir dillə açıqlayır.
Çarlz Strikləndlə tanış olanda, doğrusu, heç ağlıma gəlməzdi ki, o nəsə qeyri-adi bir adamdı. Amma indi az adam tapılar ki, onun böyüklüyünə şəkk eləsin. Mən nə güclü bir siyasətçinin, nə də şöhrətli bir sərkərdənin böyüklüyünü nəzərdə tutmuram, çünki bu, adamın özündən çox onun tutduğu mövqeyə aiddir. Şərait dəyişən kimi, mövqe də, nüfuz da əldən çıxır. Necə ki, idarəsindən kənarda baş nazirin nitqi qəliz və ibarəli bəlağətdən başqa bir şey deyil, ordusu olmayan general isə olsa-olsa bir qoçu təsiri bağışlayır. Çarlz Striklənd əsl mənada böyük adamdı. Onun əsərləri xoşa gəlməyə bilər, amma onlara laqeyd qalmaq çətindir. Onlar adamı sarsıdır, ahənrüba kimi cəzb edir. Onların rişxənd hədəfi olmaq vaxtı da keçib daha, indi onlardakı vəhşəti duyub görmək də, bəyənib müdafiə etmək də istehza kimi qəbul olunmur. Sənətkarın kəm- kəsiri də özünəməxsus ləyaqətini tamamlayan cizgilərdi. Düzdür, bu rəssamın incəsənətdəki yeri barədə hələ mübahisələr gedir, güman ki, pərəstişkarlarının hədsiz tərifi kimi ona kəmetina yanaşanların dediqodusu da əsassızdır. Amma bir şey şübhəsizdir, bunlar dahiyanədir. Məncə, incəsənətdə ən maraqlısı sənətkarın şəxsiyyətidir, sənətkar heç kimə bənzəmirsə, orijinaldırsa, onun səhvlərini bağışlamaq olar. VelaskesJ rəssam kimi, yəqin ki, El Qrekodan2 yüksəkdə durur, amma onu yaxından tanıdıqca marağın adiləşir və bir o qədər də təsirlənmirsən. El Qreko isə ruhundakı əbədi yanğınlardan xəbər verir. Aktyor olsun ya rəssam, şair ya musiqiçi, özlərinin gözəl sənətilə estetik tələbatımızı ödəyirlər, amma bu, bir yandan baxanda, həm də qeyri-insani məmnunluqdur, çünki qəlbin gizli və batin duyğularını açıb göstərmək elə cinsi qabiliyyətin nümayiş etdirilməsi qədər qeyriinsanidir, fizioloji instinktə bərabər bir şeydir.