KitabYurdu » Kitab » Siyasi » Elşən Bayramzadə - Amerika prezidentləri


Şeçilmişlər Elşən Bayramzadə - Amerika prezidentləri

Elşən Bayramzadə - Amerika prezidentləri PDF
ADI:
Amerika prezidentləri
REYTİNQ:
  • +24
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
5,83 MB

Amerika prezidentləri
müəllif: Elşən Bayramzadə

Kitabda dünyanın superdövlətinin prezidentləri və onların fəaliyyət tarixinə nəzər salınıb. Qeyd etsək ki, 2-ci dəfə müstəqillik qazanan Azərbaycan da dövlət quruluşuna görə respublikadır, o halda 200 illik respublika idarəetmə forması ilə idarə olunan ABŞ-ın təcrübəsi, prezidentlik institutunun uğur və uğursuzluqları, böhran və nailiyyətləri Azərbaycan oxucusu üçün maraqlı olacaq. Ümid edirik ki, Amerika tarixinin «əsas» personajlar qalereyası ilə tanışlıqdan sonra, oxucu özü bu şəxsiyyətlərin fəaliyyətini müstəqil şəkildə dəyərləndirə biləcək.

Müstəqil Azərbaycan Respublikası öz sosial institutlarınınqurulmasının elə bir mərhələsindədir ki, bu dövrdədünya təcrübəsi böyük dəyərə malikdir. Ən geniş yayılmışbelə dövlət quruluşu institutlarından biri, artıq 200 ildənçox bir müddətdə ABŞ-da bütün digər dövlət institutları-nın fəaliyyətini əlaqələndirən prezidentlik institutudur.Prezidentlik institutu öz mahiyyətinə görə hakimiyyət institutu,daha doğrusu dövlət idarəetmə sistemində prezidenthakimiyyəti səlahiyyətlərinin məcmusu kimi nəzərdənkeçirilməlidir.Rus tədqiqatçısı V.E.Çirkin qeyd edir ki, prezidentlirespublikanın, tez-tez nazir böhranlarının alovlandığı vəhökumət dəyişmələrinin adi hala çevrildiyi parlamentlirespublikadan əsas üstünlüyü onun icraedici hakimiyyətinsabitliyinə təminat verməsidir; əsas qüsuru isə demokratikinstitutların inkişaf etməməsi şəraitində avtoritarizməmeyllənməsidir.«Prezident» termini hərfən «irəlidə əyləşən» mənasıverən latın sözü «praesidens»dən götürülüb və yəqin ki, antikdövr məclislərində sədrlik edənin tutduğu yerlə əlaqəliolmuşdur. Sonralar senat başçılarını prezident adlandırma-ğa başladılar. «Prezident» termini öz müasir məzmununuXVIII əsrin sonlarında, ABŞ-da prezidentlik institutu təsisedildikdə almışdır. Prezidentlik vəzifəsinin təsis edilməsiilk dəfə 1787-ci ildə Filadelfi yada, ABŞ-ın yeni Konstitusiyasınınhazırlandığı Konstitusiya Konventində müzakirəedilmişdir