» » » Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə II hissə


Şeçilmişlər Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə II hissə

Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə II hissə PDF
ADI:
Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə II hissə
REYTİNQ:
  • +5
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
4.92 Mb

Torpaq tipləri ilə tanışlığı həm onların sistematikası üzrə, həm coğrafi yayılması və həm də torpaqların əmələgəlmə şəraitlərini nəzərə almaqla həyata keçirmək olar. Torpaq coğrafiyası kursunun tədrisi üçün sonuncu yol daha məqsədəuyğundur. Buna görə də torpaqların icmalı bizim tərəfimizdən ən geniş yayılmış landşaftlara uyğun tərzdə verilir: Dərsliyin birinci hissəsində torpaqəmələgəlmə prosesinin ümumi sxemi, torpaqəmələgətirən amillərin səciyyəsi və onların torpağın genezisində rolu məsələləri açıqlanmışdır. Verilmiş ikinci hissədə ayrı-ayrı zonaların torpaq tiplərinin icmalı, torpaqəmələgətirən amillərin səciyyəsi, əsas torpaq tiplərinin təsnifatı, fiziki-kimyəvi tərkibi və xassələri verilmişdir. 

Şimal yarımkürəsinin adalarında və materik hissəsinin arktika və subarktika qurşaqlarında özünəməxsus meşəsiz landşaftlar yerləşir. Bunların tutduğu sahə Yer kürəsi qurusunun 4 faizə yaxın hissəsini, Rusiya ərazisinin isə 8%-dən çoxunu təşkil edir. Bu ərazidə arktika və tundra landşaftları torpaqları ayırırlar. Tundra torpaqları Avrasiya ərazisində Şimal Buzlu okean dənizlərinin sahilləri boyu geniş zolağı tutur. Tundranın çox hissəsi Şimal qütb dairəsindən kənarda yerləşir, ancaq Asiya kontinentinin şimal-şərqində tundra landşaftları Berinq dənizi sahili boyu xeyli cənuba düşür (şəkil 11.1). Bu onunla izah edilir ki, alçaq temperaturla müşayət olunan havanın yüksək nisbi rütubəti meşə bitkilərinə əlverişsiz təsir göstərir. Tundra torpaqları Alyaskada və Şimal Amerikada qütb dairəsinin kənar hissələrində, İslandiyada və Qrenlandiyanın cənub sahillərində geniş yayılmışdır. Artika torpaqları Şimal Buzlu okeanın daimi buzlarla örtülməyən ada və arxipelaqlarında da vardır. Tundra-arktika landşaftları nisbətən cavan törəmələrdir. Geoloji məlumatlar təsdiq edir ki, qütb dairəsindən kənarda yerləşən rayonlarda, neogen dövründə iynəyarpaqlı meşələr yayılmışdır. Tundraarktika landşaftlarının meydana gəlməsi və formalaşması 1 dördüncü dövrdə böyük materik buzlaşmalarının inkişafı ilə əlaqədar olmuşdur.