KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Etel Lilian Voyniç Ovod


Şeçilmişlər Etel Lilian Voyniç Ovod

Etel Lilian Voyniç Ovod PDF
ADI:
Ovod
REYTİNQ:
  • +127
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2006
ÖLÇÜSÜ:
4 MB
Etel Lilian Voyniçin "Ovod" romanı yazıçının vətəni İngiltərədən çox-çox uzaqlarda şöhrət qazanmışdır. "Ovod" indiyədək milyonlarla oxucunu düşündürür və həyəcanlandırırsa, deməli, hələ XIX əsrin axırlarında nəşr edilmiş roman zamanın sınağından şərəflə çıxmışdır. Kimdir Etel Lilian Voyniç? Tanınmış ingilis riyaziyyatçısı Corc Bulun və Meri Butun qızı Etel Lilian 1864-cü il mayın 11 -də İrlandiyanın Kork qraflığının Kork şəhərində anadan olmuşdur. Etel altıaylıq olanda atası vəfat etmiş və ailə Londona köçmüşdü. E.L.Voyniç Berlin Konservatoriyasını bitirmiş və eyni vaxtda Berlin Universitetində slavyanşünaslığa dair mühazirələr dinləmişdi. Cavanlığında o, Londonda özlərinə sığınacaq tapan siyasi mühacirlərlə yaxınlıq edirdi. Onların arasında polyak mühacirlərə də rast gəlmək olardı. E.L.Voyniç İtaliyadan mühacirət edən inqilabçılarla da yaxından tanış idi. Mühacirlərlə səmimi münasibətləri onun dünyagörüşünün təşəkkül tapmasına böyük təsir göstərmişdi. E.L.Voyniç özünün gələcək əri - polyak inqilabçı Vilfred Mixail Voyniç ilə məhz mühacirlərlə dostluq etdiyi çağlarda rastlaşmış və 1890-cı ildə onunla ailə qurmuşdu. Lakin onların ailə həyatı cemi bir neçə il davam etmişdi.

Kitab yeniləndi...
Aynur
Aynur
  • 7
Bu kitabı bir dəfə açıb baxmısız mətninə? Bizim pdf'lər niyə axı bu gündə olmalıdı? Sevinmişdim ki, öz dilimizdə axırki elektron kitab tapdım oda bu cür savadsız yazılmış formada, uşağa vermisiz bunu yazmağa?
  • 16 sentyabr 2016 18:20
  • Status:
kitabyurdu
Aynur, problemi yazdığınız üçün təşəkkür edirik. Nəzərinizə çaydıraq ki ekitablar sayt tərəfindən tərtib edilmir, istifadəçilər təfərindən əlavə edilir. Kitab nisbətən korrektə olunmuş versiyası ilə dəyişdirildi. Hərf səhvləri olsa da oxumaq mümkündür.
  • 16 sentyabr 2016 23:47
  • Status: İstidafəçi xətdə deyil
Aynaz Əhmədli
salam, hərf səhvlərindən eybi yoxdu,onu başa düşmək olur,əsas düzgün tərcümənin edilməsi vacibdir. məzmun tam olaraq eynidirmi?

  • 1 fevral 2018 22:26
  • Status: İstidafəçi xətdə deyil
Hesen
Hesen
  • 2
kim istese mailime yazsin gonderim pdfi/ qanunun tercumesi ile/ ikinci hissesi de var

[email protected]
  • 3 oktyabr 2018 17:22
  • Status: