KitabYurdu » Kitab » Roman » Amid Səlimoğlu - Sən axı kimsən?! Bumeranq


Şeçilmişlər Amid Səlimoğlu - Sən axı kimsən?! Bumeranq

Amid Səlimoğlu - Sən axı kimsən?! Bumeranq PDF
ADI:
Sən axı kimsən?! Bumeranq
REYTİNQ:
  • +214
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2021
ÖLÇÜSÜ:
1 mb
Rafiq adlı şəxsin ölümü ilə bir çox gizli qalmış məsələlər də gün izinə çıxmışdır. Mayor Muradov baş-leytenant Şükürov və leytenant Ağayeva ilə bir yerdə bu zor vəzifəsinin öhdəsindən gələ biləcəklərmi?
     "Sən axı kimsən?!" povestinin ikinci hissəsi, "Bumeranq"da sizi bir çox həyəcanlı hadisələr qarşılayacaqdır.

“Hər şey altı il bundan öncə başlamışdı. Həyatımın altı ilə üstünün eyni olduğu o gün, əslində öldüyüm gün idi. Mən çox böyük günahın içinə atmışdım çarəsiz bədənimi. Bir alovun eşqinə yandırmışdım saf xəyallarımı. Bilərək həm də...” Səhərin erkən saatlarında mayor Muradov yerindən duraraq işə getmək üçün hazırlaşmağa başladı. Həyat yoldaşı Nazlı ilə iki oğlu rayona, Nazlının atasıgilə getdiyindən Rafael evdə tək idi. Buna görə də, səhər yeməyi belə hazırlamamış, eləcə əynini geyinərək evdən çıxdı. Darvazanı açaraq avtomobili çölə çıxardıqdan sonra yerə enib darvazanı bağladı. Yenidən avtomobilə əyləşməyə hazırlaşırdı ki, qonşu Rüstəm kişini görüb səsləndi: – Salam, Rüstəm kişi. Sabahın xeyir. – Salam, – deyə Rüstəm kişi də ona baxaraq qarşılıq verdi. – Nə əcəb bu saatda oyaqsan? – Rafael Rüstəm kişinin şalvarındakı ağ ləkələrə gözucu nəzər yetirdi. – Nə edim, ay qardaş. Hava istidi, yata bilmirəm. Dedim, heç olmasa ağacları sulayım. Həm özüm də sərinləyərəm. – Rüstəm kişi xışıltılı səsiylə astaca danışır, bir yandan da ağacları sulayırdı.
Murad Məlikov
4 saat vaxtımı aldı. Kaş daha uzun olardı oxuyardım. Söz ola bilməz çox təsirləndim sonda. Əllərinizə sağlıq.
  • 25 sentyabr 2021 15:45
  • Status: