KitabYurdu » Kitab » Roman » Əli Əkbər - Sarı gəlin


Şeçilmişlər Əli Əkbər - Sarı gəlin

Əli Əkbər - Sarı gəlin PDF
ADI:
Sarı gəlin
REYTİNQ:
  • -442
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.84 mb
Bu mətn, müəllifin xəstə təxəyyülünün məhsuludur. Bütün ad, soyad, vəzifə, status, rütbə oxşarlıqları - tamamilə təsadüfidir. On altı yaşına çatmamış yeniyetmələrin, ürəyi zəif adamların, hipertoniklərin, hamilə qadınların, “milli-mənəvi dəyərlər”ə aludə olanların və “ana-bacı” söhbəti eləyənlərin oxuması tövsiyə olunmur. Kitabın ərsəyə gəlməsi və nəşrində mənə maddi və mənəvi dəstək verən, adının açıqlanmasını istəməyən əziz dostuma, dərin minnətdarlığımı bildirirəm.
Səidə ilk aybaşısını xatırladı. Bir il boyunca ehtiyatla, bir az da əndişə ilə gözlədiyi o an, nəhayət yetişmişdi. On üç yaşlı Səidə hər bir qızın həyatında qadınlığa keçidin ilk siqnalı, yetkinliyin materiallaşmış əlaməti olan bu qanaxmanın, həyatında dönüş nöqtəsi olduğunu öz yeniyetmə ağlı ilə dərk edirdi. Aybaşıdan xeyli əvvəl döşləri böyüməyə başlayanda, bədənində baş verən bu dəyişiklik, onu elə utancaq etmişdi ki, üzü yerli-yersiz qızarır; atasının, qardaşının gözünə görünməməkdən ötrü saatlarla otağından çıxmır; sinifdəki oğlanlar tumurcuqlanan döşlərini görüb ona söz atmasınlar, sataşmasınlar deyə məktəbə də genbol köynəklər, koftalar geyinib gedirdi. Bədənini tanımağa, qadınlığın sirrlərini kəşf etməyə başladığı günlərdə, onu narahat edən bu psixofizioloji dəyişikliklər haqda anası ilə uzun-uzadı söhbətlər edir, ardı-arası kəsilməyən sualları ilə qadını yorurdu. “Anadan rəfiqə olarmı, olmazmı” sualı Səidəni heç vaxt düşündürməmişdi, çünki ağlı kəsəndən anasını özünə ən yaxın rəfiqə, sirdaş bilmişdi. Riyaziyyat müəlliməsi olan anası Gülşən Zəkiyevna, Səidənin oxuduğu rusdilli məktəbdə dərs deyirdi. “Utanmalı heç nə yoxdur, qızım. Hər qadın bu mərhələdən keçir.” “Özü də təkcə sən dəyişmirsən ki, bütün qızlar bu yaşda dəyişir. Hamısı da utancaq, dəymədüşər olurlar. Ürəyinə salma.” “Oğlanlar? Əşi, sən onlara niyə fikir verirsən?! Ağılları elə buracandı.” Səidə, “qadınlığa” ondan əvvəl qədəm qoymuş sinifidəki gözüaçıq, çoxbilmiş qızlarla da bu haqda çox danışmışdı. Tənəffüslərdə sinfin, ya da dəhlizin bir küncünə toplaşan qızlar gülüşə-gülüşə, qızara-qızara qadın vücudunun anatomiyası haqda bildiklərini bir-birləri ilə bölüşür, bu məlumat mübadiləsi nəticəsində bəkarət pərdəsi və onun toya qədər zədələnməməsinin vacibliyi, klitor, orqazm, hətta penis haqda biliklərə yiyələnirdilər. Əslində qızların “maariflənmə” prosesi ilə, oğlanların cinsi həyata dair öz aralarında etdiyi şit söhbətlər mahiyyətcə fərqlənmirdi. Yeganə fərq oydu ki, oğlanlar “beldən aşağı” mövzular haqda daha sərbəst danışır, nəzəri biliklərini məktəbə gətirib bir-birlərinə nümayiş etdirdikləri “əyani vəsaitlər” - porno şəkillərlə möhkəmlədirdilər. Qızlar isə oğlanlar qədər açıq-saçıq ola bilmədiklərinə görə onlara həsəd aparır, maskulin cəmiyyətin oyun qaydalarını əxz edirdilər.