KitabYurdu » Kitab » Roman » Qaraqan - Mələk


Şeçilmişlər Qaraqan - Mələk

Qaraqan - Mələk PDF
ADI:
Mələk
REYTİNQ:
  • +199
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
681 kb
Artıq neçənci gecə idi gözümə yuxu gəlmirdi.Pəncərənin qarşısında əyləşib səmanı ikiyə bölən ildırımlara baxır, otağımın tör-töküntüsündən yağış damlalarını azadlığında gizlənərək, onların səliqəsiz düzülüşündəki ilahi incəliyi gözlərimdən içimə çəkib rahatlayırdım.Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün gözləmələri və altıbazar həyatını yaşayan, özündən küsmüş, otuzyaşlı uşaq idim. Mənim həyatım siqaret tüstüsü kimi dodaqlarımdan sovrulub göylərdə yox olur, əriyir, buxarlanırdı.Heç nə gözləməyən və heç kəsin gözləmədiyi bir adama çevrilmişdim. Pəncərənin şimşək səsindən silkələnməsi və bir başmağa qoyduğum iki ayağımı bir-biriləri ilə qızdırmağım mənə qəribə bır hissiyatsızlıq verirdi sanki.Elə bu dəqiqə otağın küncündəki dibçəkdə bitən kaktus olmağa da razı idim. Nə fərqi var ki,onsuz da.
Yağış getdikcə möhkəmlənir, göy gurultuları küçələrdə həyasızca şütüyən varlı balalarının təkərlərinin səsinə qarışır. Bakı çılpaq çirkinliyilə məni özündən daha da uzaqlaşdırırdı. Hava soyuyur və fikirləşirdim ki, bir dəqiqəlik də olsa, bu gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq. Mənə ağalıq edənlərə qulluq etmək üçün sabah gümrah olmalıyam.Bircə dəqiqə də bu mənzərəyə baxım. Payızın ikinci yağışı idi və bu yağış, deyəsən bütün noyabr ayı yağacaqdı. Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim həyatımda bu noyabr da heç nə gözləmirdim. İllər keçdikcə içdən qocalır və ümidlərimi bir-bir uşaqlıq xatirələrimə yola salırdım. Özümü həyatın dibində hiss edirdim. Günü-gündən inkişaf edən və yüksələn bu şəhərdə sanki yerin dibinə düşür və orada gözəgörünməz bir qarışqaya çevrilirdim. Amma düz deyirlər ki,həyatın ən aşağı nöqtəsinə enəndə,ən pis vəziyyətində olanda birdən dəyişirsən. Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi,elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını,həyata baxışlarını və hisslərini,düşüncələrini və inamını dəyişir. Mən heç nəyə inanmırdım həmin gecə. Amma bu hadisə baş verdi.Və mənim həyatımı tamamilə dəyişdi.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Qonaq Parviz
  1. Bunu Necə yukleye bilerem? yardım edin xaiş.
  • 30 oktyabr 2020 22:20
  • Status:
s_alieva

Salam bu kitabın pdf kimdə varsa zəhmət olmasa maillə göndərə bilər? [email protected]

  • 21 avqust 2024 13:59
  • Status: İstidafəçi xətdə deyil