KitabYurdu » Kitab » Roman » Tural Sahab-Günel


Şeçilmişlər Tural Sahab-Günel

Tural Sahab-Günel PDF
ADI:
Günel
REYTİNQ:
  • +65
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
89 kb
Tanrım, mənə bir qılınc ver, düşmənlərimi kəsib, obamı qorusun!
Tanrım, mənə bir bulaq ver, obamı doyurub, düşmənlərimi boğsun! Tanrım, mənə bir qalxan ver, yurdumun üzərinə yağan oxlara sipər olub, düşmənin günəşinin qarşısını kəssin!
Tanrım, mənə bir qurd ver, səsi gələndə obamdakı balalar gülümsəsin, düşmənin isə məzardakı ölüləri də qorxu içində qıvransın!
Tanrım, mənə bir yurd ver, millətim sonsuza qədər orada yaşasın, düşmənin isə ayağı heç vaxt ora dəyməsin!
Dişi canavarın özünə eş seçməsi çox maraqlıdır. Sürüdə olan istənilən erkək canavar onunla münasibətdə ola bilməz. Buna görə amansız bir savaş verməlidir. Rəqiblərindən üstün olduğunu göstərməli, bütün imtahanlardan keçdikdən sonra mükafatına çatmalıdır...
Soyuq fevral ayı olmasına baxmayaraq canavar ailəsi gündəlik həyatını yaşayırdı. Bəlkə də yağan qar onlar üçün gözəl bir fürsətdi. Axı canavarlar qarlı, dumanlı havaları sevir. Belə havada ov etmək daha asandı. Boz rəngli, sinəsində balaca bir ağ olan dişini indi ovdan daha çox maraqlandıran bir şey vardı... Ehtiras. Gənc dişi artıq bala verəcək yaşa gəlmişdi. Özünə bir eş seçib təbiətin qoyduğu qanunu həyata keçirməliydi.
Gənc dişinin bu halı sürüdəki erkəklərin diqqətini çəkdi. Onlar bir-birinə diş göstərir, dişini əldə etmək üçün yollar axtarırdı. Dişi öz seçimini belə asanlıqla etməyəcəkdi. Göyün üzündə bulud yoxdu. Aydınlıq gecəydi dişi yuvadan ayrılıb dağlara tərəf qaçanda, artıq sevgi döyüşü başlamışdı. Onun sürüdən ayrıldığını görən erkəklər arxasınca düşdülər. Bir dişini beş erkək izləyirdi. Dişi sürətlə özünü aydınlıq gecənin içinə salır, hərdən üzünü göy üzünə tutub ulayırdı. Erkəklər sadəcə onu izləmir, həm də aralarında döyüşürdü. Artıq onlardan biri al qan içində geridə qalmışdı. Fürsəti əldən verdiyi, bu savaşda uduzduğuna görə acı-acı zingilti qarışıq ulayırdı. Bu səs nə gecəyə, nə ay ışığına yaraşırdı, savaşsa, davam edirdi.