» » » Fərhad Məmmədov - Böyük Sui-Qəst Nəzəriyyəsi I hissə


Şeçilmişlər Fərhad Məmmədov - Böyük Sui-Qəst Nəzəriyyəsi I hissə

Fərhad Məmmədov - Böyük Sui-Qəst Nəzəriyyəsi I hissə PDF
ADI:
Böyük Sui-Qəst Nəzəriyyəsi I hissə
REYTİNQ:
  • +11
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
277 Kb
Önündən ötüb keçənlərin tezliyinə gözləri alışmışdı. Piştaxtanın önündən keçən piyada yolunda yalnız nahar vaxtlarında və ya axşam üstü ötüb keçənlərin sayı seyrəlirdi. Rüstəm kişi çox insanlılığa öyrəşmişdi artıq. Daima müxtəlif temperament və xasiyyətli insanlarla ünsiyyət, onların gündəlik davranışlarına müşahidə Rüstəm kişidə böyük psixoloji üstünlüklər yaratmışdı. İnsaların himini də, cimini də bilirdi. Düz on il idi ki, bayram və istirahət günlərini çıxmaq şərtilə həyatının əksər saatlarını bu qəzet-jurnal qasidində keçirirdi. Şəhərin mərkəzi yerlərindən olan Azadlıq prospektindən belə köşkü əldən verməmək üçün dəridənqabıqdan çıxmışdı işgüzar Rüstəm kişi. Yanvarın üçü hələ də bayram günü olmasına rəğmən, evdə oturmaqdan təngə gəlib, iş yerinə getdi. Son günlərdə qızını evlilik, oğlunun ali təhsil haqqı məsələsi, digər oğlunun – beyin pozuntuları olan əlil oğlunun gələcəyi barədə çox götür-qoy edirdi. Bununla belə bekar vaxtlarında hər zaman, bir neçə ay bundan qabaq ilk dəfə piştaxtasına yaxınlaşmış 25-30 yaşları arasında olan və həftədə üç kərə müştərisi olmasına rəğmən adını gizli saxlayan daimi müştəri haqqında fikirləşirdi. Onu ilk dəfə görənədək, Rüstəm kişi elə düşünürdü ki, “elə bir insan olmaz ki, onun maska altında gizlətdiyi həqiqi simanı müəyyən etməsin. Ancaq bu müəmmalı müştəridən sonra onun bu məğrurluğunu sanki dənizin dibinə batırdılar. - Ataş dünən xəbərin oldu da, dünən Bakıda yeni peyda olmuş manyakı tutdular. Gecələr qaranlığa düşmüş cavan qızları xüsusi zorakılığla öldürürdü, yaramaz. Bir işə bax ki, hamsını xüsusi kəmərlə boğub öldürürmüş. - Xəzər Xəbərdə baxdın? - Hə... Bütün cinayətlərini boynuna alıb. Amma özü deyəni, heç də peşman olmayıb çirkin əməllərindən. Deyir buraxsalar yenə də həmin işlərlə məşğul olacam. Beləsini bir dəfə yox beş dəfə asmaq da azdı. Sonradan məlum oldu ki, həmin manyak bir neçə il bundan əvvəl boşanıbmış. Heç toyundan bir-iki həftə keçməyib ki, arvadı ondan ayrılıb. Oğlan impatent ola ola valideynləri gücbəlayla onu evləndirmişdilər. Öz oğulları cəhənnəmə, oğullarının çatışmamazlığını toy-düyünlə örtbasdır etmək üçün yazıq qızı bədbəxt etdilər