KitabYurdu » Kitab » Roman » İbad Məmizadə Ağdaşlı - Şaman


Şeçilmişlər İbad Məmizadə Ağdaşlı - Şaman

İbad Məmizadə Ağdaşlı - Şaman PDF
ADI:
Şaman
REYTİNQ:
  • +14
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
478 Kb
Artıq dan yeri sökülmüş və torağaylar oxumağa başlamışdılar. Atın qıçları şehdən islanmışdı. Günəşli yaz şehi çəmənə sanki mirvari taxmışdı. Torağayların oxumasına baxmayaraq iki dağ arasındakı bu düzə ağır sükut çökmüşdü. Atın ayağı altından pırıltı ilə uçan bildirçinlər adamı diksindirirdi. Heyvanın burunlarından çıxan nəfəs səhərin şaxtasında duman yaradırdı. Şaman isə bunların heç birisinə fikir vermədən çapırdı. Obaşdanadək yatıb, səhər ala tordan Yeycəyə getmək qərarına gəlmişdi. Amma ilk axşamdan yerinə girmişdisə də yata bilməmişdi. Sanki başının altına daş qoyulmuşdu. Gözlərinə yuxu gəlməyən Şaman iki-üç dəfə bayıra çıxıb atına baş çəkmişdi. Ayaz gecənin aydın səmasındakı saysız ulduzlar kimi çabalayırdı. Dəniz qədər hövsələ sahibi olmasına baxmayaraq bu gecə xoruzların ikinci banına tələsirdi. Bacısının xəstəliyinin qeyri adi olduğu ürəyinə dammışdı. Dalbadal ah çəkir, köksünü ötürürdü. Xəyalında min-bir fikir canlanır və ildırım sürəti ilə dəyişirdi. yoxu gözlərini çıxarsa da səhərə kimi bir anlıq da olsun çimir edə bilmədi. İtlərin səsi, çobanların və naxırçıların hay-küyü Şamanı xəyal ordusunun əlindən xilas etdi. Atın cilovunu çəkib yavaşıtdı. Artıq çən götürülmüşdü. Günəş üfüqdən xeyli aralanıb öz işığı ilə yamaclardakı şehli çəmənlərə xüsusi parıltı verirdi. Digər quşlar da torağaylara qoşularaq öz sehrkar nəğmələri ilə bütün varlığı dinləməyə çağırırdılar. Günəşin çıxmasını Ərşənin əlvan çiçəkləri gülüşlə, qönçələri isə təbəssümlə qarşılayırdılar. Təbiət bütün varlığı ilə gecə qaranlığının yaratdığı mübhəm dünyaya qarşı mübarizədə qələbə çalmışdı. Şaman bunların hamısına baxırdısa da heç nə görmürdü. İxtiyarsız olaraq yenə də atın cilovunu boşaltmışdı. Nə qədər çalışırdısa bacısının nə vəziyyətdə olduğunu təcəssüm edə bilmirdi. O, fikrini vahid bir istiqamətdə belə saxlaya bilmir, gah bacısı ilə keçirdiyi günləri yadına salır, gah yeznəsinin qara xəbəri gələn günləri xatırlayır, bəzən də bacısının və bacısı uşaqlarının gələcək həyatını düşünürdü. Bunların hamısı məhz bacı ölümündən sonra insanın fikrinə gələ bilərdi. Şamanın xəyal yelkəni isə öz əlində deyildi. O, ayrılığı yaxında görən adam kimi ömrünün ən incə çağlarını yadına salır, arzusunda olduqlarını xəyalında canlandırır və onlara çatmağın qeyri-mümkün olduğuna acıyırdı. Keçmişdən ən çox bacısı ilə keçirdiyi günlər yadında qalmışdı. Zərinin beş yaş böyük olduğuna baxmayaraq onunla bir yaşıd kimi oynayırdı. Ana məhəbbəti görməyən qardaş bir an belə bacısından ayrıla bilmir, tez-tez ona sığınırdı. Axı Zəri onun təkcə bacısı deyil, həm də anası idi. Ayaz gecələrdə sərçə kimi sayrışan saysız-hesabsız ulduzlar arasında sakitcə işıq saçan gümüşü aya necə də həsrətlə baxır və «mən sənin qədər dəcəllik edib, anamı üzümə silli vurmağa məcbur etməzdim»-deyə düşünürdü.