KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Corc Oruell 1984


Şeçilmişlər Corc Oruell 1984

Corc Oruell 1984 PDF
ADI:
1984
REYTİNQ:
  • +107
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
2.2 MB
Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini sinəsinə sıxıb addımlayan Uinston Smit özünü “Qələbə” yaşayış binasının şüşə qapısından tələsik içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da, külək qum qarışıq tozu arxasınca vestibülə doldurdu. Vestibüldən bişmiş kələm və köhnə döşəmə əsgilərinin iyi gəlirdi. Giriş qapısı ilə üzbəüz divara içəri üçün çox iri görünən rəngli plakat yapışdırılmışdı. Plakatda nəhəng, eni bir metrdən böyük insan sifəti təsvir edilmişdi. Bu, təxminən, qırx yaşlarında, qara lopabığlı, kobud görünüşlü, lakin yaraşıqlı kişinin portreti idi. Uinston pilləkənə tərəf getdi. Lifti gözləməyin mənası yox idi. Lift hətta ən yaxşı vaxtlarda da nadir hallarda işləyirdi. İndi isə gündüz olduğundan işıqları söndürmüşdülər. Qənaət rejimi işə düşmüşdü – Nifrət Həftəsinə hazırlaşırdılar. Mənzili yeddinci mərtəbədə yerləşirdi. Uinstonun otuz doqquz yaşı vardı. Sağ topuğunda damarların genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz yarasından əziyyət çəkirdi. Odur ki pillələri asta-asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün mərtəbə meydançalarında liftlə üzbəüz divara vurulmuş plakatlardan ona eyni sifət baxırdı. Portret elə çəkilmişdi ki, addımını hara atsan, şəkildəki adamın gözləri səni izləyirdi. “BÖYÜK QARDAŞ SƏNƏ BAXIR” – şəklin altında elə belə də yazılmışdı.