KitabYurdu » Kitab » Roman » İlham Əliyev - İncə Dərəsi


Şeçilmişlər İlham Əliyev - İncə Dərəsi

İlham Əliyev - İncə Dərəsi PDF
ADI:
İncə Dərəsi
REYTİNQ:
  • -23
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
2.35 Mb
Füsünkar təbiətə malik Azərbaycanın coşub çağlayan çayları, laləli düzləri, sıldırımlı qayaları bu məkanın sirli, qaynar, möcüzələrlə dolu gözəlliyindən danışır. Ölkəmizin istənilən məkanında bu gözəlliyi duymamaq mümkün deyil. Hər bir yaradıcı şəxs Tanrının bizlərə bəxş etdiyi nadir gözəlliyi fərqli boyalarla əks etdirərək, Azərbaycan torpağının zənginliyi içində boya-başa çatan insanların mənəvi-əxlaqi dəyərlərini, adət-ənənələrini bədiiləşdirərək nəzmə çəkir, nəsrə çevirirlər. Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı “İncə dərəsi” romanında da Azərbaycan təbiətinin gözəlliyi, Boz dağın ətəyində yerləşən Çayqovuşan meşələrindən Ulu Tanrının heç nəyi əsirgəmədiyi bədii təsvir vasitələrinin köməyi ilə qələmə alınmışdır. “Göz oxşayan mənzərələr”, “aramsız yağan yağışların yaratdığı cığırlar” Azərbaycan təbiəti ilə bağlı təsəvvürləri daha da genişləndirir. Müəllif məhz belə bir təbiətin qoynunda yaşayan insanların cəmiyyətdə öz əməli fəaliyyəti, şəxsi keyfiyyətləri ilə seçildiyini yaratdığı obrazların timsalında ifadə edə bilmişdir. Müəllif romanda qəhrəmanlarının keçdiyi yolu, onların arzu və düşüncələrini, xəyallarını ifadə etməklə yanaşı, təzadlı, ziddiyyətli zamanda rast gəldikləri çətinlikləri də oxuculara təqdim edir. Onun özünəməxsus düşüncə tərzinə malik olan qəhrəmanlarına həssaslıqla yanaşması, hər fərdin insani tərəflərini, mənfi və müsbət cəhətlərini üzə çıxarması oxucuda hər bir obraza qarşı maraq hissini artırır. Bu onun güclü müşahidələrinin nəticəsidir ki, qəhrəmanlarının dolğun portretini yaratmağa müvəffəq olur. Heç şübhəsiz ki, yüksək bədii təsir gücü ilə tarixi keçmişimizə boylanır. Belə ki, müxtəlif xalqların nümayəndələrini romanda canlandıraraq, Azərbaycan xalqının tarixini, mədəniyyət və adət-ənənələrini diqqətə çəkir və öz məqsədini gerçəkləşdirməyə nail olur. Elə romanın əvvəlində yazıçı tarixi mənbələrdən, daş kitabələrdən bizə gəlib çatan bir faktı belə qələmə alır: “1254-cü ildə Fransiskanlar təriqətindən olan katolik rahib Vilyam Rubkov Şamaxıya gəlmiş, 5 il burada qalmış və bu yerləri qarış-qarış gəzmişdir. Parisə qayıdan Vilyam Rubkov qələmə aldığı kitabında Azərbaycan xalqının adət-ənənələrini, mədəniyyətini, meşəsini, təbiətini ifadə etmişdi”. Bununla yanaşı, İlham Əliyev Azərbaycanda tanınmış səyyahların, iş adamlarının olduğunu da xatırladır. Qərhəmanı Mətinin dili ilə ifadə olunan fikirlərin arxasında müəllifin torpağına olan sevgisinin böyüklüyü hiss olunur. Ayazın Amandinaya qarşı kişiyana hərəkətləri romanda səmimi, obrazlı şəkildə öz əksin tapmışdır.