KitabYurdu » Kitab » Roman » Xulio Kortasar Xana-Xana oyunu


Şeçilmişlər Xulio Kortasar Xana-Xana oyunu

Xulio Kortasar Xana-Xana oyunu PDF
ADI:
Xana-Xana oyunu
REYTİNQ:
  • +18
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
2.52 MB
Bu kitab müəyyən mənada çox, əsas etibarilə isə iki kitabdır. Oxucuya iki mümkün olandan birini seçmək hüququ verilir:
Birinci kitab adi qaydada oxunur və 56-cı fəsillə başa çatır. Axırıncı sətrin altındakı üçulduz işarəsi SON mənasındadır. Ona görə də oxucu heç bir vicdan əzabı çəkmədən sonrakı fəsilləri oxumaya bilər.
İkinci kitabı 73-cü fəsildən başlayaraq xüsusi qaydada oxumaq lazımdır: hər bir fəslin sonunda növbəti fəslin nömrəsi mötərizə içərisində göstərilir. Əgər ardıcıllığı unutsanız, ya da qarışdırsanız, aşağıdakı cədvəldən faydalana bilərsiniz:
73 – 1 – 2 – 116 – 3 – 84 – 4 – 71 – 5 – 81 – 74 – 6 – 7 – 8 – 93 – 68 – 9 – 104 – 10 – 65 – 11 – 136 – 12 – 106 – 13 – 115 – 14 – 114 – 117 – 15 – 120 – 16 – 137 – 17 – 97 – 18 – 153 – 19 – 90 – 20 – 126 – 21 – 79 – 22 – 62 – 23 – 124 – 128 – 24 – 134 – 25 – 141 – 60 – 26 – 109 – 27 – 28 –130 – 151 – 152 – 143 – 100 – 76 – 122 – 112 – 154 – 85 – 150 – 95 – 146 – 29 – 107 – 113 – 30 – 57 – 70 – 147 – 31 – 32 – 132 – 61 – 33 –67 – 83 – 142 – 34 – 87 – 105 – 96 – 94 – 91 – 82 – 99 –35 –121 – 36 – 37 – 98 – 38 – 39 – 86 – 78 – 40 – 59 – 41 – 148 – 42 – 75 – 43 – 125 – 44 – 102 – 45 – 80 – 46 – 47 – 110 – 48 – 111 – 49 – 118 – 50 – 119 – 133 – 140 – 138 – 127 – 56 – 135 – 63 – 88 –72 – 77 – 131 – 58 – 131 –
Asanlıqla tapılması üçün fəsillərin nömrələri hər bir səhifənin başında göstərilmişdir.
Və coşqun bir ümidlə faydalı olmaq, xüsusən də gəncliyə, həm də dəyərlərin bütövlükdə dəyişdirilməsinə qatqıda bulunmaq üçün mən yaşından, mövqeyindən və durumundan asılı olmayaraq bütün insanların mənəvi və dünyəvi xoşbəxtliyinə yardım edəcək bu əxlaq məcmuəsini, təməl ümumbəşəri öyüd və nəsihətləri yalnız öz yaşadığımız vətəndaş və xristian respublikasının çiçəklənməsi və yaxşı idarə olunması naminə deyil, dünyanın ən müdrik filosoflarının arzuladığı digər istənilən respublikanın və ya hökumətin rifahı üçün tərtib etdim.
Əhdi-Ətiqdən və Əhdi-Cədiddən götürülmüş Bibliyanın ruhu və ümumbəşəri əxlaq Toskan rahibi abbat Martini tərəfindən
Sitatlar gətirilməklə yazıldı. Razılığa əsasən, Kastiliya dilinə Konqreqasiyanın alim kleriki müqəddəs Kayetano çevirdi. 1797-ci ildə Madriddə Asnar tərəfindən çap olundu.

Həmişə havalar azca soyuyanda, daha dəqiqi, payızın ortalarında ürəyimdən nəsə İks-sentrik və İks-zotik bir şey barədə düşünmək kimi vəhşi bir arzu keçir, məsələn, istəyirəm qaranquş olam və baş götürüb isti ölkələrə uçam, ya da qarışqa cildinə girib yuvacığımda gizlənəm və orada oturub yayda topladığım azuqəni xımır-xımır yeyəm, ya da ki, zooparkda soyuqdan donmamaq üçün şüşə qəfəsdə saxlanan ilana dönəm, bəzən çox bahalı olduğundan özlərinə pal-paltar ala bilməyən, kerosin, kömür, odun, yaxud hər cür yanacaq yoxluğu ucbatından qızına bilməyən insanlar da belə olur. Cibdə pul da yoxdur ki, zirzəmilərdən birinə düşüb içini qızışdıran bir şey sifariş verəsən, ancaq gərək Sui-istifadə etməyəsən, çünki Sui-istifadə etsən, dərhal «Su»1ya düşəcək, əxlaqsızlığa yuvarlanacaqsan, əxlaqsızlıqdan cismani və mənəvi düşkünlüyə isə bircə addımdır və bir halda ki, maili müstəviylə bütün mənalarda yaramaz əxlaqa doğru yuvarlandın, artıq bu dünyada kimsə səni bu insan zibilliyindən xilas etməyəcək, heç kəs çapaladığın bu iyrənc bataqlıqdan çıxman üçün sənə əl uzatmayacaq. Kondor2 da belədir: nə qədər ki cavandır, zirvələrdə süzür, elə ki qocaldı, daş kimi, mənəvi mühərriki dayanan bombarımançı təyyarə kimi şığıyaraq aşağı düşür. Yaxşı olardı ki, yazdıqlarım kiminsə işinə yarayaydı, oxuyan öz hərəkətlərinə fikir verəydi, yoxsa «artıq gecdir» və hər şey onun öz günahı ucbatından məhv olub deyə peşman olmayaydı.
Sesar Bruto. Əgər mən bu adam olmasaydım, görəsən, kim olmaq istərdim («Müqəddəs Bernardonun köpəyi» fəslindən)